Fransanın Müdafiә naziri Florans Parli ABŞ rәhbәrliyinin NATO müttәfiqlәrinә silah sistemlәri mәsәlәsindә tәzyiq etmәsini tәnqid edib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Florans Parli ABŞ paytaxtı Vaşinqtona etdiyi sәfәr çәrçivәsindә açıqlama verib.
Fransa müdafiә naziri qeyd edib ki, ittifaq şәrtsiz olmalıdır, yoxsa ittifaq ola bilmәz. Parli hәmçinin vurğulayıb ki, NATO-nun hәmrәyliyi 5 әsas müddәaya әsaslanır, “F-35” müddәasına deyil.
Nazir Parli ABŞ-ın hәrbi әmәliyyat vә ticarәt razılaşmalarından da çıxdığını xatırladıb.