Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən istefa verib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Nazarbayev bununla bağlı xalqa müraciət edib.
Nazarbayev istefasını televiziya ilə müraciətində elan edib: “Mən prezident kimi səlahiyyətlərimi dayandırmaq qərarı verdim”
Ölkədə keçiriləcək növbəti prezident seçkilərinə qədər ölkə başçısının səlahiyyətlərini Qazaxıstan parlamentinin senatının spikeri Kasım-Jomar Tokayev icra edəcək.
Nursultan Nazarbayev 1990-cı ildən ölkəyə rəhbərlik edir.