Federal Təhqiqat Bürosu (FTB) ABŞ-ın 15 əyalətində Fətullah Gülən hərəkatının üzvlərilə ilə bağlı araşdırmalara başlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu açıqlama verib.
ABŞ-ın FETÖ-yə qarşı hərəkətə keçdiyini deyən nazir Nyu Cersi ştatında həbslərin başladığını da bildirib.
FETÖ ilə bağlı ABŞ-la müzakirələrdə 84 nəfərin ekstradisiyasını tələb etdiklərini deyən Çavuşoğlu, Trampın FETÖ başçısının Türkiyəyə ekstradisiyasına baxdıqlarını dediyini də xatırladıb.
“FETÖ haqqında artıq bir həqiqət var; FTB təxminən 15 əyalətdə araşdırmalara başlayıb. FTB bizə "əldə etdilən dəlillərlə Amerikadakı qaranlıq üzünü görməyə başladıq” dedi. Bəzi yerlərdə həbslər də başlayıb" - Çavuşoğlu bildirib.