Fransa Google, Apple, Facebook, Amazon kimi şirkətlərin ölkədə əldə etdikləri gəlirlərdən vergi tutacaq. Baki-xeber.com xəbər verir ki, bunu Fransanın iqtisadiyyat naziri Le Maire deyib.
Fransalı nazir, internet nəhənglərinin gələn ildən vergiyə cəb ediləcəyini bildirib. Sözügedən məbləğin təxminən 500 milyon avro olduğunu ifadə edən Le Maire, internet nəhənglərinin digər Avropa Birliyi ölkələrində əldə etdikləri gəlirlərdən də vergi tutulmasını Almaniyanın maliyyə naziri Olaf Şolsla müzakirə etdiklərini deyib.
Qeyd edək ki bu məsələni ilk dəfə keçən il Fransa prezidenti Emmanuel Makron gündəmə gətirmişdi.
Onu da xatırladaq ki, Google, Apple, Facebook və Amazon kimi şirkətlər gəlirlərini, əldə etdikləri ölkədə deyil, daha aşağı vergi ödəyə bildikləri ölkələrdə bəyan etdikləri üçün tez-tez tənqid olunurlar.