Kerç boğazında baş verən məlum hadisələrin ardından ABŞ Dövlət Departamenti Avropa İttifaqını “Şimal axını-2” layihəsindən çəkilməyə çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Brüsseldə jurnalistlərə açıqlamasında Dövlət Departamentinin rəsmisi bildirib. O deyib ki, Kerç boğazında Rusiya ilə Ukrayna arasında baş verənlər “Şimal axını-2” layihəsinin hansı səbəbdən pis ideya olduğunu ortaya qoydu.
O deyib ki, sözügedən insident ABŞ-ın Avropadakı bütün müttəfiqləri üçün yaxşı xatırlatmadır. “Kerçdə baş verənlər göstərdi ki, “Şimal axını-2” ilə Ukraynadan yan keçməklə nə qədər qaz infrastrukturu əldə edəcəksinizsə, o qədər də Rusiya hərbi aqressiyasının önünü kəsmək şansınız azalacaq”- o deyib.