Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Ukrayna və Rusiyaya müraciət edib. Çin rəsmisi bəyan edib ki, Ukraynadakı münaqişənin hər iki tərəfi bir-biri ilə əlaqə saxlamalı və beynəlxalq ictimaiyyət sülh danışıqları üçün əlverişli mühit yaratmaq üçün birlikdə çalışmalıdır. “Biz sülh danışıqlarını asanlaşdırmaq üçün səylərimizi artırmalıyıq. Ukrayna böhranı hərbi yolla həll oluna bilməz, münaqişənin davam etməsi mülki şəxslərə daha çox əzab gətirəcək", -deyə diplomat bildirib.
Mətləb