Qovurucu istilər İtaliyanı cənginə alıb. İtaliya Səhiyyə Nazirliyi ölkədə müşahidə olunan anomal istilər səbəbindən “qırmızı” xəbərdarlıq elan edilən şəhərlərin sayını artırıb. Artıq bu gün paytaxt Roma daxil olmaqla 20 şəhərdə, iyulun 19-da isə 23 şəhər üçün “qırmızı” xəbərdarlıq elan olunub. Beləliklə, ölkənin 27 böyük şəhərindən əsasən mərkəz və cənub bölgələrindəki 23 şəhərdə havanın temperaturunun maksimum həddə çatacağı gözlənilir.
Mətləb