Polşada növbəti təyyarə qəzası nəticəsində faciə yaşanıb. Dünən axşam radələrində “Cessna 208” təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb. “Rzeczpospolita” nəşrinin yazdığına görə, hadisə ölkənin Novodvorski rayonunda baş verib.
Təyyarə Nasielski yaxınlığındakı Hrcinno hava limanında insanların yağışdan sığındıqları anqara çırpılıb. Hazırda xilasetmə əməliyyatı aparılır, hadisə yerinə çoxlu sayda təcili yardım xidməti cəlb olunub.
Mətləb