Krım körpüsünə gecə hücumu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı olub. AZƏRTAC-ın məlumatına görə, bu barədə “RBC-Ukrayna”ya Təhlükəsizlik Xidmətindəki (UTX) mənbə bildirib. Təhlükəsizlik Xidmətinin məlumatına görə, UTX və Ukrayna Hərbi Dəniz Qüvvələri gecə vaxtı Krım körpüsünün dağıdılmasında iştirak edib.
“Körpüyə yerüstü pilotsuz uçan aparatlarının köməyi ilə hücum edilib. Körpüyə çatmaq çətin olsa da, sonda buna nail olunub”, - deyə mənbə qeyd edib.
Mətləb