Trans-Sakit Okean Tərəfdaşlığı üçün Hərtərəfli və Tərəqqi Sazişinin iştirakçı ölkələri Böyük Britaniyanın təşkilata daxil olduğunu təsdiqləyiblər. Bu barədə Yeni Zelandiyanın Baş naziri Kris Hipkins bəyan edib. O qeyd edib ki, Britaniyanın Trans-Sakit Okean Tərəfdaşlığı üçün Hərtərəfli və Tərəqqi Sazişinə qoşulması regionun gələcəkdə böyüməsi və inkişafı üçün iqtisadi imkanları genişləndirəcək. Baş nazirin bəyanatı Yeni Zelandiya hökumətinin saytında yerləşdirilib.
Mətləb