Cənubi Koreya Prezidenti Yun Sok Yol qəflətən Ukraynaya səfər edib. Bu barədə Cənubi Koreya Prezidentinin ofisi açıqlama yayıb. Məlumatda deyilir ki, Cənubi Koreya Prezidenti öz xanımı ilə birlikdə Ukraynaya Polşadan gəliblər. Qonaq Prezident kütləvi insan qətliamı törədilən Buça və şiddətli dağıntı altında olan İrpen şəhərlərinə də baş çəkib. Medianın yaydığı məlumatda isə deyilir ki, Cənubi Koreya Prezidenti bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.
Mətləb