Gürcüstanın Yaponiyadakı səfiri Teymuraz Lejavaya hücum olub. Bu barədə T.Lejava özünün tviter səhifəsində yazıb.
Gürcüstan səfirinin yazdığına görə bu gün Tokionun mərkəzi küçələrin birində naməlum şəxslər ona və sürücüyə hücum ediblər. Gözlənilmədən avtomobilin qabaq qapısını açan şəxs arxa oturacaqda əyləşən səfiri vurmağa cəhd edib. Lakin sürücünün ayıq-sayıqlığı nəticəsində onlar vəziyyətdən çıxa biliblər. Hadisə zamanı xəsarət alan olmayıb.
Mətləb