ABŞ Prezidenti Co Bayden “Vaqner”in rəhbəri Yevgeni Priqojinə üsyan cəhdindən sonra yediyi yeməyə diqqət etməyə çağırıb.
Trend xəbər verir ki, Bayden bunu Helsinkidə keçirdiyi mətbuat konfransında deyib.
“Biz onun harada olduğunu belə bilmirik. Mən onun yerində olsaydım, nə yediyimə baxardım”, - deyə o bildirib.
ABŞ lideri sonra zarafat etdiyini bu sözlərlə ifadə etməyə çalışıb: “Zarafat bir yana, heç kim Priqojinin Rusiyada gələcəyinin necə olcağını dəqiq bilmir”.