Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Marqara kəndi ərazisində yeni gömrük binalarının tikintisinə başlanılıb.
Trend xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin qərarına əsasən, artıq birinci mərhələdə podratçı şirkətə 350 min ABŞ dolları məbləğində vəsait ayrılıb.
İkinci mərhələdə ayrılan vəsaitin həcminin 280 min ABŞ dolları təşkil edəcəyi bildirilib.