Daha bir ulduz isim kosmosa uçmağa hazırlaşır. Söhbət dünya şöhrətli aktyor Tom Kruzdan gedir. Kinonews.ru saytının yazdığına görə, ulduz aktyor kosmosa uçmaq və Yer orbitində növbəti film layihələrindən birinin çəkilişlərində iştirak etmək niyyətindədir.
Aktyorun özü də bu məlumatı Nyu-Yorkda “Mission: Impossible 7” ekran əsərinin premyerası zamanı təsdiqləyib: “Biz bu layihənin üzərində çox çalışırıq. İşin uğurlu alınacağına ümidimiz böyükdür. Görək necə bitəcək”.
Mətləb