Dəhşətli istilər Avropanın bir sıra şəhərlərini yaşanmaz hala gətirib. İqlim dəyişikliyinin fəsadları get-gedə daha sərt şəkildə ortaya çıxır. Bu dəfə “qırmızı xəbərdarlıq” İtaliyada qeydə alınıb. Belə ki, anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 10 şəhər üçün “qırmızı xəbərdarlıq” elan edilib. Bundan başqa ölkənin müxtəlif şəhərlərində insanlar arasında günvurma və istivurma halları qeydə alınıb, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Romada istidən huşunu itirən turistlərə polisin və təcili yardımın müdaxilə etdiyi bildirilib.
Mətləb