Rusiyanın Ukraynaya hücumları dayanmır. Rusiya ordusu bu gecə paytaxt Kiyevə kamikadze dronlarla kütləvi hücum edib. Əsasən Kiyevin Solomen, Şevçenko, Podol və Darnitski rayonlarında partlayış səsləri eşidilməyə başlanıb. Zərərsizləşdirilən dronların dağıntıları paytaxtın bir neçə rayonunda yaşayış binalarına ziyan vurub. Partlayışlar paytaxtın digər yerlərində də qeydə alınıb.
Mətləb