Rusiya ordusunun yüksək vəzifəli məmurlarını əsgərlərə laqeyd münasibət göstərməkdə, onları problemlərə etinasız yanaşmaqda ittiham edən general-mayor İvan Popov istefaya göndərilib.
Trend xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov məlumat verib.
Qeyd edək ki, İ.Popov Ukraynanın Zaporojye vilayətində Rusiyanın 58-ci Ümumqoşun Ordusunun komandanı vəzifəsində xidmət edib.
Rusiyanın Müdafiə Nazirliyi isə Popovun vəzifəsindən istefaya göndərilməsi ilə bağlı məsələyə hələlik münasibət bildirməyib.