Meksika terror hücumu ilə sarsılıb. Belə ki, bu ölkədə terror hücumu nəticəsində 6 nəfər həlak olub. “Reuters” xəbər verir ki, Meksikanın qərb hissəsindəki Xalisko əyalətində yerli terrorçu qruplaşma tərəfindən 4 nəfər xüsusi xidmət orqanı əməkdaşı və 2 nəfər mülki şəxsin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən partlayış hadisəsi baş verib. Yerli hökumət bu hadisəni “terror aktı” kimi qiymətləndirib.
Mətləb Salahov