Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin hazırda harada olduğuna aydınlıq gətirib.
Trend xəbər verir ki, A. Kartapolov bildirib ki, Sergey Surovikin hazırda məzuniyyətdədir.
“Surovikin indi istirahət edir. Onunla əlaqə qurmaq mümkün deyil”, - deyə o bildirib.
Qeyd edək ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojinin silahlı qiyamından sonra Surovikin ictimaiyyət qarşısına çıxmayıb. Bəzi iddialara əsasən, o, Priqojinlə yaxın əlaqələri səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.