Rusiya müharibədə qalib gəlsə, bu, təkcə Ukraynanı deyil, bütün dünyanı ciddi fəlakət gözləyir.
Trend xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq iyulun 11-də Vilnüsdə NATO İctimai Forumunda çıxışı zamanı deyib.
“Dünya daha təhlükəli olacaq. Ona görə də biz Ukraynanı güclü şəkildə dəstəkləyirik”, - deyə o bildirib.
Stoltenberq eyni zamanda qeyd edib ki, əslində, müharibə 2022-ci ildə deyil, 2014-cü ildə başlayıb.