Litva Prezidenti Gitanas Nauseda “The Times” qəzetinə müsahibəsində Rusiyanı qıcıqlandıran açıqlamalarla çıxış edib. Litva rəhbəri müsahibəsində açıq şəkildə bəyan edib ki, NATO-nun Moskva ilə 1997-ci ildə imzalanmış münasibətlər və əməkdaşlıq haqqında fundamental aktı etibarsız saymasının və Rusiya sərhədləri yaxınlığında daimi hərbi bazalar yaratmasının vaxtı çatıb.
"Rusiya Belarusda fəal şəkildə taktiki nüvə silahı yerləşdirəndə və bunun baş verdiyinə dair bütün sübutlarımız olduqda, biz artıq Rusiya ilə NATO arasındakı aktın ölü olduğunu qəbul etməliyik”, - Litva Prezidenti belə deyib.
Mətləb