Sabah Vilnusda keçiriləcək NATO Sammiti öncəsi kritik proseslər yaşanır. Xüsusilə İsveçin alyansa üzv olması üçün Türkiyənin razılıq verməsi barədə başlanan proseslər getdikcə böyük prosesə çevrilir. Ən son xəbərlərdə Türkiyə liderinin İsveçin NATO üzvlüyü üçün məsələnin parlamentə göndəriləcəyi barədə razılıq verdiyi deyilir. Amma əsas məsələyə başqa prizmadan yanaşaq. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın “Öncə Türkiyənin Avropa Birliyinə üzvlüyü üçün addım ataq, daha sonra İsveçin NATO-ya daxil olması üçün lazım olanı edərik” deməsi dünya mediasında da ajiotaj yaradıb. Ən maraqlısı idur ki, artıq dünyanın aparıcı ölkələri bu məsələdə R.T.Ərdoğanı dəstəkləyən bəyanatlar səsləndirməyə başlayıblar. NATO-nun baş katibi Stoltenberq Türkiyə liderinin bəyanatını dəstəklədiyini, türkiyənin AB-nə üzv olmasının önəmini qeyd edib. Ağ Ev də rəsmi Ankaranın istəyini dəstəkləyəcəklərini elan edib. Beləliklə sabahkı NATO sammitinin daha ciddi və tarixi qərarlara şahid olacağı qaçılmazdır.
Mətləb Salahov