Ermənistanda deputatlığa namizəd polis tərəfindən saxlandı

img

Ermənistanda Armavir şəhərinin sabiq meri, "Mənim şərəfim" blokundan deputatlığa namizəd Ruben Xlqatyan polis tərəfindən saxlanılıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə namizədin vəkilləri bildirib.

R.Xlqatyanın saxlanmasının səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, "Mənim şərəfim" blokuna sabiq prezident Serj Sarkisyan rəhbərlik edir.

Ermənistanda parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Son xəbərlər