Çavuşoğlu Fransa qəzetinə Türkiyənin Şimali Kipr mövqeyini şərh etdi

img

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın "L'Opinion" qəzetinə Kiprlə bağlı açıqlamalar verib.

Baki-xeber.com-un xəbərinə görə, Şərqi Aralıq dənizində Yunanıstanla mübahisələrin müxtəlif mexanizmlər çərçivəsində sakit dialoqla həll olunduğunu bildirən Çavuşoğlu Türkiyənin heç vaxt genişlənmə kimi hədəfləri olmadığını deyib və Yunanıstanla dialoqu bunun təsdiqi adlandırıb.

Çavuşoğlu Kipr məsələsi kontekstində isə qeyd edib ki, Türkiyə danışıqların hədəfləri barədə razılığa gələrək Kipr Türkləri və yunanların səylərini dəstəkləmək əzmindədir.

Türkiyəli nazir deyib ki, öncəki təşəbbüslərdə uğursuzluqlar nəzərə alınaraq, problem yalnız bərabər suverenlik və bərabər beynəlxalq status əsasında həll edilə bilər.

SAMİRƏ

 

Son xəbərlər