Prezident Ersin Tatar bütün keçid qapılarının 4 iyundan açılacağını bəyan etdi

img

Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Ersin Tatar 4 iyun - cümə günündən etibarən bütün sərhəd qapılarının yeni keçidlərə açılacağını bəyan edib.

Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, cümə günündən etibarən Şimali Kiprdən Cənubi Kiprə və əksinə keçidlər 7 gün keçərli neqativ test nəticələri barədə arayışın təqdim olunması ilə açıq olacaq. ŞKTC prezidentinin sözlərinə görə, eyni şərtlər daha üç ölkə vətəndaşları üçün də keçərli olacaq. Mart ayından aparılan çalışmaların nəticəsində Cənubi Kipr Rum tərəfinin başçısı Anastasiadislə bütün keçidlərin açılması mövzusunda razılıq əldə etdiklərini bildirən E.Tatar bunun hər iki tərəf üçün pandemiyanın gətirdiyi iqtisadi çətinliklərin aşılması mövzusunda əlverişli olacağını bildirib. Tatar Yoluxucu Xəstəliklər Üst Komitəsinin Rum tərəfində pandemiya vəziyyətini daim nəzarətdə saxladığını və hesabat hazırlandığını, ikitərəfli Səhiyyə Komissiyasının fəaliyyəti nəticəsində hər iki tərəfdə tətbiq olunan COVİD-19 önləmlərinin sərhəd keçidlərinə uyğunlaşdırıldığını bildırıb.
Kipr Türk tərəfinin bu və buna bənzər işbirliyi kanallarını sürəkli açıq tutduğunu və tutmağa davam edəcəyini bildirən ŞKTC prezidenti ölkəsinin, qarşılıqlı siyasi iradə olarsa, xoş niyyətlə hər iki tərəfin lehinə işbirliyi aparılmasının tərəfdarı olduğunu deyib.

SAMİRƏ

 

Son xəbərlər