Türkiyənin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının təcili iclası keçiriləcək

img

Mayın 16-sı Türkiyənin təşəbbüsü ilə xarici işlər nazirləri səviyyəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcili iclası keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Türkiyənin təşəbbüsü və Fələstin rəhbərliyi və İƏT sammitinin sədri olan Səudiyyə Ərəbistanı ilə məsləhətləşmələrdən sonra İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində təcili iclası videokonfrans formatında mayın 16-na təyin edilib".

Qeyd edək ki, İƏT-in təcili iclası Qəzza zolağı və İsrail ordusunun mayın 10-dan davam edən qarşılıqlı raket hücumları ilə əlaqədar keçiriləcək.

Son xəbərlər