Kazanda məktəbə silahlı hücum - 7 uşaq həlak olub, 16 nəfər yaralanıb... - VIDEO

img

Bu gün səhər saatlarında Tatarıstan respublikasının paytaxtı Kazan şəhərindəki 175 saylı məktəbdə naməlum şəxslər odlu silahdan ətrafa atəş açmağa başlayıblar. Daha sonra hadisə yerində partlayış səsi eşidilib.

Rusiya Milli Antiterror Komitəsinin (MAK) məlumatına görə, atışma zamanı 7 uşaq həlak olub, 16 nəfər yaralanıb.

Tatarıstan Prezidenti Rüstəm Minnixanov jurnalistlərə açıqlamasında hadisə nəticəsində 4 oğlan və 3 qızın həlak olduğunu bildirib. 

"Hər şeydən əvvəl bu böyük bədbəxtlikdir. Yeddi uşağımızı itirdik. Onlar səkkizinci sinif şagirdləri idi. Dörd oğlan, üç qız. Onlar burada, üçüncü mərtəbədə həlak olublar", - deyə Minnixanov hadisə yerində Rusiya mediasına müsahibəsində bildirib.

Rusiya MAK-ın məlumatına görə, hadisə bir nəfər tərəfindən törədilib. Rusiya Prezidenti Vladimir Putin həlak olanların ailələrinə başsağlığı verib. Mayın 12-si Tatarıstanda matəm günü elan olunub.

Son xəbərlər