03/04/2020 12:33
728 x 90

Türkiyədə koronavirusdan ölənlərin sayı 21-ə yüksəldi, yoluxanların sayı minə çatır

img

Türkiyədə yeni növ koronavirusdan (Covid 19) ölənlərin sayı 21-ə çatıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca rəsmi Twitter hesabında yazıb.

"Son 24 saatda 2.953 şübhəli test edildi. Onlardan 277-si pozitiv çıxdı. Xəstələrimizin sayı 947-yə çatdı. Yaşlı xəstələrimizdən 12 nəfəri itirdik. İndiyə qədər 21 nəfər itirdik. Yaşlılarımızı xəbərdar edək. Küçəyə çıxma qadağasına riayət etsinlər. Ölüm risqi yaş artdıqca daha çox artır" nazir bildirib.

Son xəbərlər