Türkiyədə yaşı 65-dən yuxarı insanların küçəyə çıxmasına qadağa qoyuldu

Türkiyədə yaşı 65-dən yuxarı insanlara küçəyə çıxmaq qadağası qoyulub. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilir: "Bu gecə yerli vaxtla saat 00:00-dan etibarən yeni tip koronavirusa (COVID-19) yoluxma riski yüksək olan yaşı 65-i keçənlərin və xroniki xəstəlikdən əziyyət çəkənlərin yaşadıqları evdən kənara çıxmaları, park, bağca kimi açıq sahələrdə dolaşmaları məhdudlaşdırılır".