İran Qida və Dərman Komitəsinin rəhbəri Rıza Şane Saz, koronavirusla (Covid-19) mübarizədə istifadə ediləcək dərmanın 7-10 gün ərzində istifadəsinə başlanacağını açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, dərmanın ilk xammalının iki gün əvvəl ölkəyə gətirildiyini deyən Komitə rəhbəri, dərmanın tamamilə yerli istehsal olduğunu söyləyib.
"Koronavirus daşıyan xəstələr üçün dərmanın 7-10 gün ərzində istifadəsinə başlanacaq" - o deyib.
Sözügedən dərmanın klinik sınaqlarının uğurla keçirildiyini və bəzi xəstələr üzərində sınaqdan keçirildiyini vurğulayan Şanesaz, dərmanın istehsalı üçün lazımi icazələrin alındığını söyləyib.