Türkiyədə yeni növ koronavirus xəstəliyindən ölənlərin sayı 9-a çatıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fahrettin Koca, rəsmi Twitter hesabından məlumat verib.
Nazir son 24 saatda ölkədə 5 ölüm, 311 yoluxma qeydə alındığını açıqlayıb: "Son 24 saatda 3656 şübhəli test edildi. Bunlardann 311 nəfərin nəticələri pozitiv çıxdı. Bununla xəstələrimizin sayı 670-ə çatdı. Yaşlı və zəif 5 xəstəmizi itirdik. İndiyə qədər ümumilikdə 9 nəfəri itirmişik" - deyən nazir yaşlı insanları qorumağa çağırıb.