Yeni növ koronavirusdan ölənlərin sayının 3 min 405-ə yüksəldiyi İtaliya, dünyada ən çox itki verən ölkə oldu.
Ölkənin virusdan ən çox təsirlənən bölgəsindəki Bergamo şəhərdə ölənlərin sayının çoxluğuna görə krematoriyalar dolub. Virus və başqa səbəblərdən ölənlərin tabutları hərbi maşınlarla digər şəhərlərdəki krematoriyalara daşınıb. İtaliya ordusunun əsgərinin müşayiətilə tabutları daşıyan 15 hərbi maşının şəhərdəki görüntüləri də yayılıb.
Hərbi maşınların videolarını və fotolarını sosial mediada paylaşan italiyalılardan biri, vəziyyəti ölkə tarixindəki ən kədərli fotolardan biri kimi xarakterizə edib.
Yeni növ koronavirusdan ölənlərin sayının 3 min 405-ə yüksəldiyi İtaliya Çini də ötərək dünyada ən çox itki verən ölkə oldu.