İtaliyada ilk dəfə 21 fevralda qeydə alınan koronavirusdan (Covid-19) ölənlərin sayı sürətlə artır. Baki-xeber.com xəbər verir ki, açıqlanan son məlumatlara görə, ölkədə koronavirusdan ölənlərin sayı 345 nəfər artaraq 2 503-ə çatıb.
İtaliya Mülki Müdafiə Xidmətinin rəhbəri Angelo Borrelli, ölkədə mövcud koronavirus xəstələrinin sayının 26 min 62-yə yüksəldiyini, ölən və sağalanları da hesabladıqda virusa yoluxanların ümumi sayının 31506 olduğunu bildirib.
Borrelli ölkədə koronavirusdan ölənlərin sayı 345 nəfər artaraq 2 503-ə çatdığını deyib. Bununla son günlər üçüncü dəfədir ən yüksək ölüm göstəriciləri açıqlanır. Borrelli bundan əvvəl martın 15-də 368 nəfərin, martın 16-da 349 nəfərin öldüyünü açıqlamışdı.
Bu arada, Baş nazir Cüzeppe Kontenin imzaladığı 25 milyard avroluq fövəladə yardım paketilə tibb fakültəsinin təqribən 10 min yuxarı kurs tələbəsinə dərəcə verərək sahə xəstəxanalarına göndəriləcəyi bildirilib.
Öənlərin və yoluxmanın ən çox müşahidə edildiyi Lombardiya bölgəsində təqaüdə çıxan həkimlər də işə çağırılır.
Qeyd edək ki, xətələrin çoxluğundan ölkənin həkim çatışmazlığı ilə üzləşdiyi barədə də məlumatlar yayılır.