ABŞ Müdafiə naziri Mark Esper və müavininin koronavirus şübhəsi ilə karantinə alınıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Pentaqon nazir Esper və müavini Devid Norquistin təhlükəsizlik məqsədilə karantinə alındığını açıqlayıb.
ABŞ-ın ən yüksək müdafiə heyətinin digər heyət və qonaqlardan fiziki olaraq uzaq tutulacağını bildirən Müdafiə Nazirliyinin sözçüsü Conatan Hoffman, onlar və personalın yalnız telekonferans vasitəsi ilə əlaqə quracaqlarını deyib.
Pentaqon koronavirusa yoluxanların sayının 37-yə yüksəldiyini də açıqlayıb.