Koronavirusun bütün dünyada sürətlə yayılması ilə əlaqədar ölkələr tədbirlərini artırmağa davam edir. Fransada da insanların hərəkətinə məhdudiyyətlər qoyulur. Bu barədə prezident Emanuel Makron televiziya müraciətində bildirib.
Onun sözlərinə görə, məcburi alış-veriş və işə getmək istisna olmaqla 15 gün ərzində küçəyə çıxmaq qadağan edilir.
Çinin Uhan şəhərində başlayan və bütün dünyanı təhdid edən koronavirus epidemiyasından sonra böhran xüsusilə Avropa İtaliya, Almaniya və Fransada yüksək səviyyəyə çatıb.
İnsanları küçəyə çıxmaqdan çəkinməyə çağıran Makron, xəstələrin xəstəxanalara aparılması üçün ordunun da hərəkət keçəcəyini deyib. Fransada artıq, ordu paytaxt Parisdə küçələrə çıxarılıb.
Fransada yeni növ koronavirusa yoluxma hallarının sayı 6 mini ötüb, onlardan 400-ü reanimasiyaya yerləşdirilib, 148 nəfər isə dünyasını dəyişib.