Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva, Covid-19 epidemiyasının dünya iqtisadiyyatına mənfi təsirlərinə qarşı mübarizə məqsədilə 1 trilyon dollarlıq mənbədən istifadə etməyə hazır olduqlarını açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, Georgievanın bu barədə açıqlaması BVF-nin saytında yer alıb.
"BVF olaraq, biz 1 trilyon dollarlıq kredit potensialımızı üzvlərimiz üçün hazır vəziyyətdə saxlayırıq" – BVF rəhbəri deyib.
İlk mərhələdə fövqəladə yardım mexanizmi çərçivəsində 50 milyard dollarlıq qaynaqdan dərhal istifadə etmək vəziyyətində olduqlarını vurğulayan Georgieva, "Bu hissənin 10 milyardını aşağı gəlirli üzvlərimiz üçün faizsiz istifadə edə biləcəyik" deyib.