Suriyada “Barış pınarı" əməliyyatının keçirildiyi bölgədə açılan 390 məktəbdə 34 min 946 şagird təhsilini davam etdirir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə NazirliyiNazirliyinin “Twitter” hesabında paylaşım edilib. Bölgədəki təhsil həyatı ilə bağlı məlumatların yer aldığı paylaşımda qeyd edilir ki, məktəbləri dağıdan, tunellər qazan, təhsil ocaqlarını qərargah halına gətirməklə günahsız uşaqların təhsil haqlarını əllərindən alan PKK/YPG-nin açdığı yaralar sağalmaqda davam edir: “Bu çərçivədə “Barış pınarı” əməliyyatının keçirildiyi bölgədə 390 məktəb açılıb, 34 min 946 şagird təhsilini davam etdirir.”
Digər tərəfdən, Müdafiə Nazirliyi “Barış pınarı” əməliyyatının keçirildiyi bölgədə 25 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğunun məhv edildiyini, günahsız insanların həyatına qəsd edən PKK/YPG terror təşkilatı tərəfindən basdırılan partlayıcı qurğuların aşkarlanaraq məhv edilməyə davam ediləcəyini vurğulayıb.