Ermənistan ərazisində martın 16-dan başlayaraq 1 ay müddətində fövqəladə vəziyyət elan olunub. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə hökumətin növbədənkənar iclasında qərar qəbul edilib.
Fövqəladə vəziyyət bu gün saat 17:00-dan başlayaraq aprelin 16-ı sahat 09:00-dək davam edəcək.
Bu arada, Rusiya və Ermənistan arasında sərnişin daşımaları iki həftə müddətinə məhdudlaşdırılacaq. Bu barədə qərar hər iki ölkənin baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan arasında telefon danışığı zamanı qəbul edilib.
Qeyd olunur ki, qərar koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.
Bu qərar yük daşımalarına şamil olunmayacaq.
Qeyd edək ki, Rusiyada koronavirusa 63 nəfər, Ermənistanda isə 30 nəfər yoluxub.