şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycanda dövlət universitetləri nə vaxt tam ödənişsiz olacaq?..

Image


Kamran Əsədov: “Gürcüstanın dövlət universitetlərində ali təhsili pulsuz etməsi Azərbaycan üçün ciddi düşünülməli nümunədir”

“2026-cı ildən etibarən Gürcüstanın dövlət universitetlərində bütün tələbələrin təhsili dövlət tərəfindən tam şəkildə maliyyələşdiriləcək”. Bu barədə Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin ölkədə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı açıqlamasında bildirilir.

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze bildirib ki, hökumət həm dövlət, həm də özəl ali məktəblərdə oxuyan tələbələrlə bağlı əvvəlki maliyyələşdirmə mexanizminin tətbiqinə davam edəcək. Lakin əsas diqqət dövlət universitetlərinin gücləndirilməsinə yönəldilib: “2026-cı ildən başlayaraq dövlət universitetlərində bütün tələbələrin təhsil haqqını dövlət tam şəkildə qarşılayacaq. Ali təhsil islahatlarının prioriteti məhz dövlət universitetlərinin dəstəklənməsi və gücləndirilməsidir".

Qeyd etdiyimiz kimi, gələn ildən Gürcüstanın dövlət universitetlərində ali təhsil pulsuz olacaq. Maraqlıdır, belə bir qayda ölkəmizdə də tətbiq oluna bilərmi? Məlumdur ki, ölkəmizdə dövlət universitetlərində ödənişli təhsil üstünlük təşkil edir. Gürcüstan təcrübəsinin ölkəmizdə tətbiqi mümkündür?

“Gürcüstan modelinin dərhal və tam tətbiqi real deyil, lakin onun ideoloji və mərhələli şəkildə adaptasiyası mümkündür”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Gürcüstanın 2026-cı ildən etibarən dövlət universitetlərində bütün tələbələr üçün ali təhsili tam şəkildə dövlət hesabına maliyyələşdirməsi region üçün sadəcə sosial addım deyil, ali təhsilin ideoloji mahiyyətinin yenidən müəyyənləşdirilməsidir. Bu qərar ali təhsili fərdi xərc yox, dövlətin insan kapitalına uzunmüddətli investisiyası kimi qəbul edən yanaşmanın nəticəsidir və təsadüfi populizm xarakteri daşımır: “Burada əsas hədəf diplom paylamaq deyil, dövlət universitetlərini güclü elmi, akademik və institusional mərkəzlərə çevirməkdir. Statistik müqayisələr bu qərarın arxasında duran məntiqi aydın şəkildə göstərir. Gürcüstanda ali təhsilə ayrılan dövlət vəsaiti ÜDM-in təxminən 1,2–1,3 faizi həcmindədir və bu göstərici son beş ildə sabit artım nümayiş etdirir. Tələbələrin ali təhsilə cəlb olunma səviyyəsi 65–70 faiz civarındadır və onların təxminən 70 faizi məhz dövlət universitetlərində təhsil alır. Bu struktur hökumətə imkan verir ki, maliyyələşməni mərkəzləşdirilmiş və idarəolunan şəkildə həyata keçirsin. Azərbaycanın statistik mənzərəsi isə fərqlidir. Ölkəmizdə ali təhsilə ayrılan dövlət xərcləri ÜDM-in təxminən 0,7–0,8 faizi səviyyəsindədir. Dövlət universitetlərində oxuyan tələbələrin təxminən 60–65 faizi ödənişli əsaslarla təhsil alır. Bu isə ali təhsil xərclərinin əsas yükünün ailələrin üzərində qalması deməkdir və sosial bərabərlik baxımından ciddi fərqlər yaradır. Qanunvericilik baxımından yanaşdıqda maraqlı ziddiyyət ortaya çıxır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində təhsilin dövlət üçün prioritet sahə olduğu və hər kəs üçün əlçatanlığın təmin edilməsinin dövlətin vəzifəsi kimi müəyyənləşdirildiyi açıq şəkildə qeyd olunur. Eyni zamanda qanunun 18-ci maddəsində ali təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin mövcudluğu təsbit edilir. Lakin real praktika göstərir ki, ali təhsilin maliyyələşdirilməsi əsasən fərdi ödənişlər üzərində qurulub və bu da qanunun sosial mahiyyəti ilə tətbiq arasında balanssızlıq yaradır. Gürcüstanın son qərarı məhz bu balanssızlığı aradan qaldırmağa yönəlib. Bu modelin müsbət tərəfləri kifayət qədər aydındır və strateji xarakter daşıyır. Ən vacib üstünlük ali təhsildə sosial ədalətin güclənməsidir. Ailənin gəlir səviyyəsi artıq tələbənin dövlət universitetində oxuyub-oxumamasını müəyyən etmir. Digər müsbət təsir dövlət universitetlərinin nüfuzunun artmasıdır. Pulsuz ali təhsil fonunda dövlət universitetləri əsas seçimə çevrilir və bu, həm akademik mühitin güclənməsinə, həm də özəl ali məktəblərdə keyfiyyətə əsaslanan rəqabətin formalaşmasına səbəb olur. Üçüncü mühüm üstünlük ali təhsildə “müştəri–xidmət” münasibətinin zəifləməsidir. Tələbə ödəniş etdiyi üçün yox, dövlətin etibar etdiyi resurs kimi dəyərləndirilir və bu yanaşma akademik tələbkarlığı artırır. Bununla yanaşı, risqlər də mövcuddur və onları nəzərdən qaçırmaq olmaz. Ali təhsilin tam pulsuz olması kütləviləşməni sürətləndirə bilər və əgər akademik tələblər sərtləşdirilməzsə, keyfiyyətin zəifləməsi risqi yarana bilər. Məhz bu səbəbdən Gürcüstan hökuməti dövlət maliyyələşməsini nəticə və performans göstəriciləri ilə bağlamağı planlaşdırır. Yəni dövlət universiteti yalnız tələbə sayına görə deyil, məzunların əmək bazarına uyğunluğu, elmi fəaliyyət və keyfiyyət göstəricilərinə görə maliyyə alacaq. Bu yanaşma ali təhsili pulsuz, amma asan etməmək prinsipinə əsaslanır. Dünya təcrübəsi göstərir ki, dövlət universitetlərində pulsuz ali təhsil keyfiyyətlə ziddiyyət təşkil etmir. Almaniyada, Norveçdə, Finlandiyada ali təhsil ödənişsizdir və həmin ölkələr ali təhsilin keyfiyyətinə görə dünya reytinqlərində ön sıralardadır. Bu ölkələrdə ali təhsil xərcləri ÜDM-in 1,5–2 faizi civarındadır və universitetlər yüksək hesabatlılıq rejimində fəaliyyət göstərir. Türkiyədə dövlət universitetlərində təhsil haqqı simvolik səviyyədədir, lakin sərt akademik süzgəclər sayəsində keyfiyyət saxlanılır. Bu modellərin ümumi xüsusiyyəti ali təhsilin dövlət üçün xərc yox, gələcək iqtisadi və sosial qazanc mənbəyi kimi dəyərləndirilməsidir. Azərbaycan üçün müqayisə göstərir ki, Gürcüstan modelinin dərhal və tam tətbiqi real deyil, lakin onun ideoloji və mərhələli şəkildə adaptasiyası mümkündür. Dövlət universitetlərində təhsil haqqının tədricən azaldılması, prioritet və strateji ixtisaslar üzrə tam dövlət maliyyələşməsinin genişləndirilməsi, region universitetlərinə xüsusi dəstək mexanizmlərinin yaradılması bu istiqamətdə real addımlar ola bilər. Burada əsas məsələ maliyyə yükünün birdən-birə artırılması yox, ali təhsilin maliyyələşmə fəlsəfəsinin dəyişdirilməsidir. Bu konteksdə Elm və Təhsil Nazirliyinin son illərdə apardığı siyasət xüsusi vurğulanmalıdır. Dövlət sifarişinin genişləndirilməsi, prioritet sahələr üzrə əlavə maliyyə mexanizmlərinin tətbiqi, universitetlərin institusional inkişaf planlarının hazırlanması və akkreditasiya mexanizmlərinin sərtləşdirilməsi ali təhsildə keyfiyyəti əsas hədəf kimi müəyyənləşdirən yanaşmadan xəbər verir. Nazirliyin ali təhsili sosial populizm yox, dayanıqlı inkişaf aləti kimi görməsi müsbət və strateji yanaşmadır və faktiki olaraq Gürcüstanın indi atdığı addımın fəlsəfəsinə uyğun istiqamətdə gedildiyini göstərir”.

Həmsöhbətimizin dediyinə görə, Gürcüstanın dövlət universitetlərində ali təhsili pulsuz etməsi Azərbaycan üçün ciddi düşünülməli nümunədir. Bu model sübut edir ki, siyasi iradə, düzgün maliyyə planlaması və akademik məsuliyyət bir araya gəldikdə ali təhsil həm əlçatan, həm də keyfiyyətli ola bilər. Ölkəmizdə ali təhsilin gələcəyi məhz dövlət universitetlərinin gücləndirilməsi, maliyyələşmənin nəticəyə bağlanması və ali təhsilin milli inkişaf strategiyasının mərkəzinə yerləşdirilməsi ilə birbaşa bağlıdır: “Bu istiqamətdə atılan hər ardıcıl addım uzunmüddətli perspektivdə cəmiyyət üçün daha savadlı, iqtisadiyyat üçün daha rəqabətli, dövlət üçün isə daha dayanıqlı gələcək vəd edir”.

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ