Cümə axşamı günü, 27 avqust 2026
     

Azərbaycanda ekoloji biliklərin icbariliyi nəyi nəzərdə tutur...

Image


Son 20 il ərzində ekoloji təhsil daha geniş tətbiq edilməyə başlanıb. Hazırkı şəraitdə elm və təhsil sahəsində ekologiyanın inkişafı öz əksini tapıb. Bu sahədə yeni istiqamətlər yaranıb.

İlk növbədə ölkənin ali və orta ixtisas məktəblərində ekoloji fakültə və kafedralar açılıb, ekoloji tədris şəbəkələri genişlənib. Məlumdur ki, respublikanın ümumtəhsil məktəblərində "Təbiətşünaslıq", "Biologiya" və "Coğrafiya" fənlərinin tərkibində "Ümumi ekologiya" tədris olunur. Ekoloji təhsilin səviyyəsini yüksəltmək məqsədilə bəzi ümumtəhsil məktəbləri təbiət təmayüllü məktəblərə və ekoloji liseylərə də çevrilib. Ancaq unutmaq lazım deyil ki, ekoloji problemlər o qədər çoxalıb ki, indiki dövrdə onu yalnız bir elm çərçivəsində öyrənməklə problemi həll etmək çətinlik törədir. Ona görə də ekologiyanı həm elm, həm də bir fənn kimi inteqrativ şəraitdə öyrənməklə müəyyən nəticə əldə etmək olar. Elə bu məsələ Milli Məclisdə də müzakirə olunub. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Fatma Yıldırım məktəb dərsliklərində ekologiyanın tədrisi, vəsaitlərin hazırlanması, layihələrin icrası, müəllimlərin hazırlıqlı olması, təlim və seminarların keçirilməsinə ehtiyac olduğunu vurğulayıb. Komitə sədri Bəxtiyar Əliyev bildirib ki, Milli Məclisin 2002-ci ildə qəbul etdiyi "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" qanununda ekoloji biliklərin icbariliyinin vacibliyi adlı bənd yer alıb.

Görəsən, ekologiya ilə bağlı dərslər məktəblərdə icbari qaydada tədris edilməlidirmi?

Elman Cəfərli: "Məktəblərdə ekologiya ilə bağlı dərslərin icbari qaydada tədris edilməsinin zamanı çatıb"

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, orta məktəblərdə ekologiya fənninin tədrisi ilə bağlı illərdir təkliflər verilir. Bununla bağlı təcrübəsi olan dövlətlər də var: "Məsələn, Rusiyada hələ 10 il qabaq belə bir qərar qəbul edilib. Yəni orada orta ümumtəhsil mətkəblərində ekologiya fənni tədris olunur. Bizdə şagirdlərə təbiət haqqında "Həyat bilgisi", "Coğrafiya" fənnləri müəyyən bilgilər verir. Lakin biz də hesab edirik ki, bu, azdır. Orta məktəblərimizdə ekologiya ayrıca fənn kimi tədris olunmalıdır. Sual yarana bilər ki, onsuz da şagirdlərə botanka, biologiya, zoologiya, coğrafiya kimi fənnlər tədris olunur. Onlar həyatın yaranması, ağacların, meşələrin, su hövzələrinin həyatımızda oynadığı rol haqqında məlumatlı olurlar. Lakin yaşadığımız qlobal iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizə gedən bir dövrdə gənc nəslin erkən yaşlarından ekoloji maariflənməsinə ehtiyac yaranıb". 

Ekspert hesab edir ki, ekoloji tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı hissinin yaranması ilə başlanır. Bu proses nə qədər erkən başlansa o qədər yaxşıdır, effektlidir: "Ekoloji cəhətdən savadlı insan dərk edəcək ki, təbiət də onun özü kimi canlıdır. Təbii resurslar çoxdur, hər kəsə yetəcək qədərdir, ancaq tükənməz deyil. Tanınmış pedaqoqlar hesab edir ki, şagirdə kiçik yaşlarından təbiətə qayğı hissi aşılanmalıdır. Bu onun onun   şəxsiyyətinin formalaşmasına ciddi təkan vermiş olur. Bu baxımdan  məktəblilərdə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır. Erkən yaşda ekoloji tərbiyə ilə gəncləri ətraf mühiti, torpağı, çayları və ümumilikdə təbiəti  sevməyi öyrədə bilərik. Məktəbdə ekoloji tərbiyə almış gənc böyüyüb iş adamı, qərar verən məmur olanda anlayacaq ki, hər bir ağac canlıdır, meşələr nəfəsimizdir, onu bisnes marağına qurban vermək olmaz. Biz məktəblərdə tədbirlər keçiririk, inanın ki, şagirdlər ətraf mühitin mühafizəsi ilə bağlı elementar məsələləri, hətta öz hüquqlarını belə bilmirlər. Məktəbliləri istər nəzəri toplantılara, praktik aksiyalara aparmaq lazımdır. Onlar kiçik yaşlarından təbiətlə təmasda olsunlar, ağac əksinlər, qulluq göstərsinlər, ətraf mühitin qorunmasına duyarlı olsunlar. Biz bəzən məhəllələrdə təmizlik işləri aparır, mövsüm zamanı ağaclar, kollar əkirik, tinglərə qulluq göstəririk. Məktəb yaşlı şagirdlər maraqla baxır, bəzən bizə qoşulur, kömək edirlər. Məktəb yaşlı uşaqları bu kimi işlərə həvəsləndirmək lazımdır. Əksər məktəblərin həyəti, torpaq sahəsi var. Orada müəyyən təcrübə sahələri düzəltmək olar. Müvafiq dərsləri orada, açıq havada keçirmək mümkündür. Hesab edirəm ki, məktəblərdə ekologiya ilə bağlı dərslərin icbari qaydada tədris edilməsinin zamanı çatıb".

Elmin Nuri: "Ekologiya adlı fənnin həftədə bir dəfə ayrıca keçirilməsinin çox faydası ola bilər" 

Təhsil eksperti Elmin Nuri "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ekologiya ilə bağlı ayrıca fənnin tədris edilməsi təqdirəlayiqdir: "Əvvəllər ekologiya adlı fənn var idi, indi isə yoxdur. Bu fənn fakültətiv olaraq keçirilirdi. Bizim bildiyimiz icbari fənlər kimi deyildi. Sonradan bu aradan götürüldü, fakültətiv olaraq da çox qalmadı. Ekologiya adlı fənnin həftədə bir dəfə ayrıca keçirilməsinin çox faydası ola bilər. Bu fakültətiv fənn statusundan çıxmalı ənənəvi fənn kimi tədris edilməlidir. Hazırda bu yalnız "Həyat bilgisi" fənnində yığcamlaşdırılıb. Bizdə bir çox sahələr "Həyat bilgisi" fənnin tərkibinə verilib. Xüsusən indiki dövrdə bir çox istiqamətlər süni intellekt, ekologiya və ətraf mühitin mühafizəsi, IT və robotexnologiya bacarıqları var ki, onlar "həyat bilgisi" tərkibində deyil müstəqil fənn kimi keçirilməlidir".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 19:11
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – gedin Qərblə oynayın...

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ