Cümə günü, 06 noyabr 2026
     

Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

Image


Məhərrəm Zülfüqarlı: “Bu. məqsədli şəkildə dövriyyəyə buraxılmış ideoloji təxribatdır”

Azərbaycanın tarixi şəxsiyyətləri haqqında uydurma məlumatların tirajlandığı sosial şəbəkələrdə, xarici ölkələrdə açılan və antiazərbaycan fəaliyyəti ilə məşğul olan saytlarda, səhifələrdə olduqca əsassız iddialar yer alır. Xüsusən də bəzi xarici qüvvələr feyk xəbərlər yayır və Azərbaycanın bəzi tarixi şəxsiyyətlərinin milli mənsubiyyəti barədə qeyri-real fiklirlər irəli sürürlər.

Son zamanlar təəssüf ki, Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundovun (Axundzadə) şəxsiyyətini, milli mənsubiyyətini də müzakirə mövzusuna çevirənlər tapılır.

Muta Ağayev adlı sosial şəbəkə istifadəçisi iddia edir ki, Mirzə Fətəli Axundov guya türk olmadığını iki dəfə “öz dəsti-xətti ilə yazıb”. “Əsərlərindən göründüyü kimi, o bir İran övladı və aşiqi idi” - deyən həmin istifadəçi iddia edir ki, guya Axundov 1871-ci ildə Tehranda yaşayan zərdüşt dostu Manuqçu Sahibə yazdığı məktubda “qoy bütün iranlılar bir həqiqəti başa düşərək desinlər ki, biz parsların övladıyıq” deyə yazıb. Həmin şəxs iddia edir ki, M.F.Axundov guya milliyyətcə talış olduğunu iddia edir. Axundov guya yazıb ki, mən özüm zahirən türk olsam da əslim İran nəslindədir. Guya o, talış millətinə mənsub olduğunu yazıb.

Bu gün antiazərbaycan qüvvələr gecə-gündüz yatmayıb indi də böyük şəxsiyyətlərimizin milli mənsubiyyətinə, soy-kökünə dil uzadır, saxtalaşdırma ilə məşğul olur.

Azərbaycan çoxmillətli dövlətdir. Əlbəttə, bu ölkənin hər milləti gözəldir - türkü, talışı, ləzgisi və sair də dəyərlidir. Ancaq hər bir tanınmış şəxsiyyətin milli mənsubiyyəti düzgün göstərilməlidir. Axundovun milliyyətini dəyişmək cəhdləri yaxşı niyyətdən xəbər vermir.

“Mirzə Fəfəli Axundovun “talış” elan edilməsi növbəti çirkin təxribatdır və yolverilməzdir”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə “Bu, məqsədli şəkildə dövriyyəyə buraxılmış ideoloji təxribatdır. Bu cür ideoloji təxribatlar adətən ya dövlət zəif olanda, ya da güclənərək müstəqil siyasət yeridəndə baş verir”-deyə bildirdi.

M.Zülfüqarlının sözlərinə görə, məsələn, 1993-cü ildə Azərbaycan zəifləmişdi, hər tərəfdən təxribatlarla üzləşmişdi, separatçılıq baş qaldırmışdı, Cənubda “Talış Muğan Respublikası”, Şimalda “Sadval” ayaq asıb yeriyirdi, birini İran, birini Rusiya qızışdırırdı. İndi həmin prosesin getdiyini deyən M.Zülfüqarlı əlavə etdi ki, son dövrlər çox böyük və təhlükəli ideoloji təxribata imza atılır, bu da separatizmdən daha təhlükəlidir. “Azərbaycanda müəyyən regionçuluğun inkişaf etdirilməsində maraqlı olanlar var. Separatçılıq və regionçuluq birbaşa Azərbaycançılıq ideologiyasına zərbə vurmaq, Azərbaycanı zəiflətmək məqsədi daşıyır. Mənə elə gəlir, aidiyyəti qurumlar bu işlə ciddi məşğul olmalıdır”.

Mirzə Fətəli Axundovla bağlı iddialara gəlincə, M.Zülfüqarlı bunun absurd olduğunu dedi: “Mirzə Fəfəli Axundovun “talış” elan edilməsi növbəti çirkin təxribatdır və bu yolverilməzdir. Mən özüm bu işlə məşğul olmuşam, tədqiqat aparmışam. Biz əgər Şimalda yaşayan xalqların mütləq əksəriyyətinin şəcərəsini dəqiq bilsək, bunların 100-də 90-nın Cənubi Azərbaycanla əlaqəsi var. Mən özüm yaxında memuar yazmışam, ata tərəfimin Cənubi Azərbaycanın Qaradağ mahalından gəldiyini, ana tərəfimin isə Şimali Azərbaycandan, Buzovna kəndindən olduğunu qeyd etmişəm. Yəni biz parçalanmış bir vətənin övladlarıyıq. Ona görə də kimin babasının Cənubdan gəlməsi, burda məskunlaşması təxribatçılara tarixi saxtalaşdırmaq üçün müəyyən imkan verir.

Fətəli Xan Xoyskinin də babası Xoy Xanı olub, Cənubi Azərbaycandan Şəkiyə gəlib burda yaşayıb. Azərbaycan uğrunda mübarizə aparıb və Azərbaycan uğrunda da həlak olub. Mirzə Fətəli Axundov da Cənubi Azərbaycanın Xəmnə şəhərində anadan olub sonra Şəkiyə köçüb burda yaşayıb. Birincisi onu qeyd etməliyik ki, Azərbaycanın əhalisinin 90 faizindən çoxu türkdür, 10 faizi isə milli azlıqlardan ibarətdir. Amma biz bütöv bir xalqıq və bütövlükdə güclü oluruq. Yəni biz milli azlıqların nümayəndələrinin fəaliyyətindən bəhs etmək istəsək, məsələn, Müslüm Maqomayev kimi böyük bir şəxsiyyət Azərbaycanı dünyaya tanıdıb. O, milli azlıqların nümayəndəsidir. Milli Qəhrəman Albert Aqarunov milli azlığın nümayəndəsidir və vətən uğrunda şəhid olub.

İndi belə cılız insanlar var ki, xalqımızın böyük şəxsiyyətlərinin etnik mənsubiyyətini saxtalaşdırmaqla vətəndaşlarımızı qarşı-qarşıya qoymaq istəyirlər. Bu mümkün deyil. Çünki Azərbaycançılıq ideologiyası artıq inkişaf edib və 44 günlük Vətən müharibəsində iştirak edən qəhrəmanlarımız arasında da çox sayda milli azlıqların nümayəndələri var.

Mirzə Fətəliyə gəlincə, o, əsasən ateist təbliğatı aparıb, dini xurafata qarşı mübariz olub. Ona görə də dindarlar Axundova qarşı mübarizə aparırdılar, onu “kafir” elan etmişdilər. İndi belə bir şəxsiyyətin milliyyətini etnik separatçılığı yayan insanların saxtalaşdırması gülüş doğurur. Bilirsiz ki, Azərbaycanda separatizmin artıq kökü kəsilib, onun bazası yoxdur. Bu işlə məşğul olanlar xaricdə oturan, müxtəlif institutlardan, fondlardan maliyyələşən və bulanıq suda balıq tutmaq istəyən insanlardır. Bunların da cavabı verilməlidir. Yəni hər bir insan özünü necə hiss edirsə o millətin nümayəndəsidir. Azərbaycan əhalisi də Azərbaycançılıq ideologiyasının inkişafı ilə özünü bir millətin nümayəndəsi, bir vətənin övladı hesab edir. Bu səbəbdən də bu cür cılız saxtalaşdırmanın Azərbaycana heç bir təsiri olmayacaq, gələcəkdə elə insanlar öz əməllərindən utanıb geri çəkiləcəklər” - deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ