Bazar ertəsi günü, 11 avqust 2025
     

Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

Image

Akif Nəsirli: “Bu qanunsuz tiklilər qatarların hərəkətinə mane olmaqla yanaşı, həm də insanların həyatı üçün təhlükə törədir”

Təhlükəli ərazilərdə ev tikib yaşamaq vətəndaşın həyatını risqə atır. Çox təəssüflər olsun ki, bir sıra hallarda vətəndaşlar bu təhlükənin fərqinə varmaq istəmirlər. Paytaxtın elə əraziləri var ki, orda insanlar dəmiryolu xətlərinin mühafizə zolağının mövcud olduğu yerdə evlər tikiblər. Məsələn, Nərimanov rayonu ərazisində Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında mövcud olan tikililər buna nümunədir.

Məlumat üçün bildirək ki, həmin ərazidə 161 qanunsuz tikilmiş ev var və ümumilikdə 156 ailə, 543 nəfər yaşayır.

Araşdırma göstərir ki, yaşayan şəxslır Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir.

Bunlardan 54 ailənin başqa ünvanda evi var. 11 nəfər isə oradakı evini kirayəyə verib.

Məlumata görə, orda evlər sənədsizdir, qanunsuz tikilib, dəmir yolunun mühafizə zolağında yerləşir ki, bu da bir tərəfdən dəmiryolu nəqliyyatına ciddi problemlər yaradır, digər tərəfdən də, onların özləri üçün təhlükə kəsb edir. Son 3 ildə dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq adam həyatnı itirib və ya ağır xəsarət alıb. Əraziyə yanğınsöndürən, təcili tibbi yardım maşınları daxil ola bilmir. Eyni zamanda kommunal xidmət çox aşağı səviyyədədir, işin müvafiq qaydada təşkili mümkün deyil. Buna görə də antisanitariya mühiti mövcuddur. Bu da faktdır ki, həmin qanunsuz tikililər şəhərin ümumi görünüşünü pozur.

Qeyd edək ki, həmin tikililərin sökülməsi ilə bağlı məhkəmə qərarları var.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, Abşeron dairəvi dəmir yolu xəttində, o cümlədən Nərimanov-Böyükşor və Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir: “Dəmir yolu xətti çəkilərkən mütləq mühafizə zolağı ayrılır. Bu zolağın eni 20-100 metr, bəzi yerlərdə daha artıq sahəni əhatə edir, xüsusilə yanğın təhlükəsizliyi, qəza kimi hadisələr nəzərə alınır. ADY qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verir. Dəmir yolları ətrafındakı qanunsuz tikililər dövlət layihələrinin həyata keçirilməsinə də əngəllər yaradır. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi nəzərdə tutulur. Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini çətinləşdirir".

ADY rəsmisinin sözlərinə görə, qeyd edilən sıx məskunlaşma sakinlərin həyatını da risqə atır, bu ərazilərdə qatarların qarşısına qəfil insan və heyvan çıxma halları intensivləşir, bu da bəzən faciə ilə nəticələnir: "Sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir. Onu da nəzərə almaq lazımdır ki, bu xətlərlə sutka ərzində orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arası təşkil edir. Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir. Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısını almaq üçün strateji tədbirlərə ehtiyac var”.

Onun sözlərinə gərə, qeyd olunan tikililər səbəbindən fövqəladə hallar zamanı relslərə giriş məhdudlaşır: "Xüsusi xilasetmə və təcili tibbi yardım xidmətlərinin texnikaları dəmiryol infrastrukturuna, eyni zamanda, həmin tikililərə tez bir vaxtda və ya ümumiyyətlə yaxınlaşmaq, operativ yardım göstərmək imkanını itirir, bu da hadisələrin fəsadlarının aradan qaldırılmasını ləngidir, faciənin miqyasının artması ilə nəticələnə bilir. Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidmət və təmir işlərini çətinləşdirir. Nəticədə təmir müddəti uzanır və bu da qatarların hərəkət qrafikində uzun müddət axsamalara səbəb olur. Dəmir yollarına ən yaxın məsafədə inşa olunmuş tikililər drenaj sistemlərinə, rabitə xətlərinə və elektrik təchizatına da zərər verir, xüsusilə keçidlərdə və stansiyalarda svetoforların və xəbərdarlıq nişanlarının görünməsinə maneə törədə bilər.

Qeyd olunan hallar sakinlərin həyat və sağlamlığına real təhlükə yaradır. Tikililər relslərin yaxınlığında yerləşdikdə faciə risqi artır – qatarların insanlarla toqquşmasından tutmuş, relsdən çıxaraq tikililəri dağıtmasına qədər. Qəza zamanı qatar xüsusilə döngələrdə yoldan çıxa bilər. Bu da ərazidəki tikililərdə dağıntılara və insan tələfatına səbəb ola bilər. Elektrikləşdirilmiş xətlərdə tikililərin relslərə yaxın olması naqillərlə təmas nəticəsində elektrik cərəyanı vurmasına səbəb ola bilər. Hərəkət vasitələrində yanğın baş verərsə, xüsusən də qatar təhlükəli yük (neft və neft məhsulları, kimyəvi maddələr) daşıyırsa, yanğın asanlıqla bitişik tikililərə keçə bilər. Relslərin yaxınlığındakı qanunsuz tikililər dəmir yollarına maddi ziyan vura bilər. Məsələn, relslərin yataqlarının qazılması ilə tikilən qanunsuz tikililər torpaq sürüşməsinə səbəb ola bilər. Bu da öz növbəsində dəmiryol qəzalarının olmasına birbaşa səbəb ola biləcək amillərdən biridir. Dəmiryol yaxınlığında yerləşən maneələr qatarların yüksək sürətlə hərəkət etdiyi hallarda da qəzalara səbəb ola bilər. Buna görə də qatarların sürəti aşağı salınır, bu da gözlənilən xidmət keyfiyyətinə təsir edir".

O deyib ki, Nərimanov Rayon Polis İdarəsində qeyd edilən ərazilərin qanunsuz zəbt edilməsi, qanunsuz tikinti fəaliyyəti ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Müvafiq tədbirlərin görülməsi üçün ADY tərəfindən məhkəməyə müraciət olunub.

Məlumata görə, sözügedən ərazidəki qanunsuz tikililər məhkəmə qərarı ilə sökülür.

“Belə qanunsuz tikililər məhkəmə qərarı əsasında qeyd-şərtsiz boşaldılmalıdır”

Ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, dəmir yolu xəttinin mühafizə zolağında inşa olunan qanunsuz tikililər, evlər ilk növbədə orda yaşayan sakinlərin özlərinə problem yaradır. “Dəmiryol xətlərinə yaxın ərazilərdə inşa olunan evlər bütün hallarda təhlükə mənbəyidir. Yalnız ölkəmizdə deyil, dünya təcrübəsində də belə ərazilərdə evlərin tikilməsinə icazə verilmir. Əgər hansısa bir şəraitdə ev, obyekt və sair tikilirsə onun söküntüsü həyata keçirilir. Buna görə nə qanunsuz ev tikənlərə, nə də obyekt sahiblərinə hər hansı bir təzminat ödənilmir. Belə qanunsuz tikililər məhkəmə qərarı əsasında qeyd-şərtsiz boşaldılmalıdır. Dəmir yollarının, avtomobil yollarının mühafizə zolaqlarına yaxın, yaxud onlara bitişik ərazidə tikintilərin aparılması qadağandır. Bakıda belə tikililər indiyə qalmamalı idi, onlar çoxdan sökülməli idi. Amma çox təəssüflər olsun ki, bu gün Bakıda belə tikililər hələ də var. Bu tikililər məhkəmə qərarı ilə sökülməlidir. Həmin ərazilərdə sökülən evlərə görə dövlət vətəndaşa heç bir təzminat ödəməməlidir”.

A.Nəsirli qeyd etdi ki, o evlər orda qanunsuz tikilib və onların qalması doğru deyil. “Bu qanunsuz tiklilər qatarların hərəkətinə mane olmaqla yanaşı, həm də insanların həyatı üçün təhlükə törədir. Təsəvvür edin ki, bu nə qədər ciddi problemlər yaradır. Üstəlik də, söhbət ölüm hallarından, ağır yaralanmadan, daha böyük faciələrdən gedir. Odur ki, o ərazinin sökülməsi zərurətə çevrilib”-deyə A.Nəsirli bildirdi.

Əli TURABOV



VİDEO

SON XƏBƏRLƏR

11.08.2025 / 22:40
Ərdoğandan Vaşinqtondakı tarixi razılaşma ilə bağlı açıqlama - "...avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq..."

11.08.2025 / 22:08
Tramp Vaşinqton razılaşmasından danışdı - Rusiya yox, biz həll edə bildik...

11.08.2025 / 21:34
Erməni əsirliyində və girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

11.08.2025 / 21:11
Ceyhun Bayramov və Kaya Kallas arasında telefon danışığı olub

11.08.2025 / 20:53
Cənubi Qafqaz sülhündə bir imzanın gücü...

11.08.2025 / 20:37
Azərbaycan Ermənistanın hansı ərazisini əlində tutur? - Paşinyan qayıdan kimi aləmi qatdı....

11.08.2025 / 20:22
Konstitusiya dəyişikliyi üçün Ermənistanın vaxt limiti daralır...

11.08.2025 / 20:07
Əliyevin Vaşinqtonda əldə etdiyi böyük razılaşmaya ATƏT-dən birmənalı dəstək gəldi...

11.08.2025 / 19:52
Zəngəzur dəhlizi məsələsi İranda siyasi parçalanma törətdi...

11.08.2025 / 19:48
Prezident İlham Əliyev Qətər Əmirinə zəng edib

11.08.2025 / 19:46
Vaşinqton sənədləri bölgəmizdə hansı(sa) dövlətin "prioritetlərini" pozur? - "Rus havası"...

11.08.2025 / 19:36
"Zəngəzur dəhlizi ilə bağlı ayrıca ABŞ-Ermənistan memorandumu imzalanıb"...

11.08.2025 / 19:07
Ermənistan radikalları Azərbaycanla razılaşmalara qarşı təxribatlara başladı...

11.08.2025 / 18:51
8 avqust Vaşinqton razılaşmaları Saakaşvilini niyə narahat etdi? - "Mən bundan qorxurdum"...

11.08.2025 / 18:50
Ərdoğan və Paşinyan Azərbaycan-Ermənistan razılaşmasını müzakirə etdi

11.08.2025 / 18:37
Trampın Paşinyana "Ağ Ev açarını hədiyyə etməməsi" səbəbsiz deyil...

11.08.2025 / 18:32
“Kərimov Əli adını Azərbaycanın siyasi tarixinə satqın və xəyanətkar kimi yazdırıb” - Vüqar Rəhimzadə

11.08.2025 / 18:23
Separatçıların məhkəməsi Ermənistanın 30 illik cinayətlərini faktlarla ifşa edir...

11.08.2025 / 18:09
Rusiyanın Azərbaycan və Ermənistan gündəliyində "çevriliş maddəsi" var...

11.08.2025 / 17:56
Zəngəzur dəhlizi ilə bağlı ABŞ-ın layihəsi Rusiya XİN-də təhlil olunur...

11.08.2025 / 17:55
Kappadokiya: Hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsində...

11.08.2025 / 17:42
Azərbaycan və Ermənistan dövlətlərarası iddiaları, şikayətləri qarşılıqlı olaraq geri götürürlər...

11.08.2025 / 17:40
Ermənistandakı Aİ missiyasının fəaliyyətinə xitam veriləcək - İrəvan öhdəlik götürüb...

11.08.2025 / 17:33
Rusiya Vaşinqtondakı görüşlərə müsbət qiymət verdi, nəticələrinə isə yox...

11.08.2025 / 17:25
Sülh sazişinin icrasına nəzarət etmək üçün komissiya yaradılacaq...

11.08.2025 / 17:23
Azərbaycanla Ermənistan beynəlxalq hüquqi müstəvilərdə bir-birinə qarşı iddiaları geri götürəcək

11.08.2025 / 17:20
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq

11.08.2025 / 17:19
Azərbaycan və Ermənistan problemli məsələləri ikitərəfli qaydada həll etmək öhdəliyi götürüblər

11.08.2025 / 17:18
Şərəfli ölümü ilə vətənləşən Cəlilabadın qeyrətli oğlu – Xaqani Fətiyev

11.08.2025 / 17:17
Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası haqqında Saziş imzalayacaq

11.08.2025 / 17:16
Sülh müqaviləsində ilk dəfə olaraq “separatizm” anlayışına aydınlıq gətirilir...

11.08.2025 / 17:15
Azərbaycan və Ermənistan sərhədində üçüncü ölkə qüvvələri olmayacaq

11.08.2025 / 17:14
Bakı və İrəvan itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumat mübadiləsi aparacaqlar

11.08.2025 / 17:12
Azərbaycan və Ermənistan bir-birinə qarşı güc tətbiqindən imtina edirlər

11.08.2025 / 17:10
Bakı və İrəvan indi və gələcəkdə bir-birinə qarşı ərazi iddialarından imtina edirlər

11.08.2025 / 17:08
Azərbaycan və Ermənistan SSRİ dövrünün sərhədlərini tanıyırlar...

11.08.2025 / 17:06
Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-in baş katibinə müraciət edildi

11.08.2025 / 17:04
Azərbaycan-Ermənistan sazişinin tam paraflanmış MƏTNİ AÇIQLANDI...

11.08.2025 / 16:42
Kanada Azərbaycan-Ermənistan razılaşmalarını davamlı sülh yolunda mühüm addım adlandırır

11.08.2025 / 16:10
Lisey və gimnaziyalara imtahanda bəzi şagirdlər əvvəlcədən sualları nevə əldə edib? - Nazirlik araşdırmalara başladı...

11.08.2025 / 15:44
BMU məzunu dünyanın 7 nüfuzlu universitetindən qəbul alıb

11.08.2025 / 15:35
Lisey və gimnaziyalara imtahan verən 250-dən çox şagirdin ilkin imtahan nəticəsi ləğv olundu

11.08.2025 / 15:22
“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır - FOTO

11.08.2025 / 15:01
Xocalının Xanyurdu kəndinə 62 nəfər qayıtdı

11.08.2025 / 14:48
Milli ideologiyamıza qarşı etnik, dini və siyasi təhdidlər - MÜZAKİRƏ +VİDEO

11.08.2025 / 14:40
Kürün sahilində xüsusi tunel hazırlayaraq çətənə yetişdirən şəxs yaxalandı

11.08.2025 / 14:35
"Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər" - Xocalıda girov götürülmüş şəxs...

11.08.2025 / 14:23
141 nəfərə fəlsəfə doktoru, 14 nəfərə elmlər doktoru adının verilməsindən imtina edildi

11.08.2025 / 14:10
DİM bəzi ali məktəblərə rus dilində qəbulun dayandırılması ilə bağlı iddialara aydınlıq gətirdi

11.08.2025 / 13:57
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan şəxs saxlandı

11.08.2025 / 13:28
Vladimir Fekete “Dostluq” ordeni ilə təltif edildi

11.08.2025 / 13:25
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM

11.08.2025 / 13:23
Rauf Vəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

11.08.2025 / 13:10
Путин проиграл Алиеву со счётом 0:10.Продолжение следует - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.08.2025 / 12:41
Strateji tərəfdaşlıq modelinə yüksələn münasibətlər...

11.08.2025 / 12:36
İordaniya Kralı Prezident İlham Əliyevə zəng edib

11.08.2025 / 12:21
8 Noyabrdan 8 Avqusta...

11.08.2025 / 12:10
Pezeşkian Zəngəzur dəhlizini hədəf alan İran mediasını “vurdu”…

11.08.2025 / 12:01
"Öz istəyinizi və balınızı nəzərə almalısınız" - Məleykə Abbaszadədən abituriyentlərə müraciət

11.08.2025 / 11:45
Ukrayna rusiyalı deputatı axtarışa verdi

11.08.2025 / 11:33
Yeni dünya düzəninə Azərbaycan imzası

11.08.2025 / 11:33
Bakı və Sumqayıtda yaşayan pensiyaçılara şad xəbər

11.08.2025 / 11:26
Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Sərəncam imzalayıb

11.08.2025 / 11:22
Hacıqabulda traktorla avtomobil toqquşub

11.08.2025 / 11:19
Sabunçudakı heyvan sığınacağında qadınlar saçyolduya çıxıblar...

11.08.2025 / 11:02
Əl Laricani İraqa gedir - razılaşma imzalanacaq

11.08.2025 / 10:36
Bu ölkə də Fələstini dövlət kimi tanımağa razı oldu

11.08.2025 / 10:25
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək

11.08.2025 / 10:20
Ərəb şahzadəsindən şok addım - təyyarədəki 80 yeri quşları üçün aldı...

11.08.2025 / 10:14
Bu gündən bütün ixtisas qrupları üzrə ixtisas seçimi başlayır

11.08.2025 / 10:06
Ağstafada 2 nəfəri avtomobil vurub

11.08.2025 / 10:00
Avronun məzənnəsi artdı, rus rublu ucuzlaşdı - Mərkəzi Bank

11.08.2025 / 09:30
Ukrayna Rusiyadakı cihazqayırma zavodunu bombalayıb, ölən var

11.08.2025 / 09:21
İspaniyalı ulduz futbolçu "Qalatasaray"dan getdi

11.08.2025 / 09:15
Bir vaxtların məşhur ingilis aktyoru 86 yaşında ölüb

11.08.2025 / 09:12
Tramp-Putin görüşü üçün mənzil kirayələnib - ABŞ nəşrindən İDDİA

11.08.2025 / 09:06
Bu ölkə ABŞ-dan əlavə 28 HIMARS sistemi alacaq

11.08.2025 / 09:00
Zəngilanda yanğın törədən şəxs yaxalanıb - polis

11.08.2025 / 08:57
"Liverpul"u devirib İngiltərə Superkubokunun qalibi oldular

10.08.2025 / 22:16
Strateji tərəfdaşlıq "molla kəbini" deyil - belə söz deyərlər cənab Sergey Markov?...

10.08.2025 / 22:07
Türkiyənin Balikesir vilayətində 6,1 bal gücündə zəlzələ - Dağıntılar var...

Separatçıların məhkəməsi Ermənistanın 30 illik cinayətlərini faktlarla ifşa edir...

XƏBƏR ARXİVİ

Avqust
B.eÇ.aÇC.aCŞB
28293031123456789101112131415161718192021222324252627282930311234567