Bazar günü günü, 08 noyabr 2026
     

Salamov Vüsalın arzusu - FOTO

Image


Vüsal Yəhya oğlu 1993-cü il 21 sentyabrda Bakının Buzovna qəsəbəsində anadan olub. Xəzər layla deyib ona anasıyla birgə. Xəzri, gilavar sığal çəkib saçlarına... 2000-2011-ci illərdə Buzovnada Birinci Qarabağ Savaşının qəhrəmanı Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbin sevilən, seçilən şagirdlərindən olub Vüsal. Məktəbi əla qiymətlərlə bitirib. Musiqini də sevib Vüsal. 4 nömrəli Uşaq İncəsənət musiqi məktəbində skripka sinfində təhsil alıb. "Musiqi duyumu o qədər gözəl idi. Onun ifası sehrli idi elə bil, özünə bənzəyirdi" - deyirlər Vüsalın ifasını eşidənlər. Musiqi müəllimləri onun istedadlı olduğunu xüsusi vurğuladılar.
Sinif rəhbəri Gülarə Salami: Hər şagird, hər məzun müəllimlər üçün əzizdi. Ən dəcəl məzunumuzun belə uğur qazanmasını istəyirik. Vüsal isə tamam fərqli idi. İbtidai sinifdən seçilirdi. Bütün məktəb onunla fəxr edirdi. İbtidai sinifdən diqqət çəkən, adı dilimizdən düşməyən şagirdlərimiz olur Vüsal kimi. Hərtərəfli, zəngin dünyası vardı.Bütün tədbirlərdə, bilik yarışlarında seçilərdi. Muzeylərə, teatra getməyi sevərdi.  O qədər həyat dolu, işıqlı idi. Arzularının sərhəddi yoxdu. Gözəl nitqi vardı.   Qarabağ mövzusu onun həyatının ana xətti idi. Vətəndən danışanda silahlanmış əsgərə bənzəyirdi. 

Həqiqi Hərbi xidmətini 2013-cü ildə Murovda manqa başçısı kimi başa vurduqdan sonra Azərbaycan Maliyyə və İqtisad Kollecində təhsil alır. Elmi konfranslarda, bilik yarışmalarında, müxtəlif layihələrdə uğur qazanır.  Prezidentin fərmanı ilə keçirilən "Yüksəliş" proqramının iştirakçısı olur. 30000 iştirakçı arasında seçilir, onluğa düşür.Neçə-neçə elmi məqalənin, mühazirənin müəllifi idi Vüsal Salamov.
 Hamı "mükəmməl idi" dedi.

Həmişə qaliblər sırasında oldu.
 Torpaqlarımızın azadlığı uğruna savaşda da məğlub ola bilməzdi Vüsal.  Qalib oldu Vüsal. Zəfər tarixi yazdı.

Şəhriyar Əliyev Vüsalın ən yaxın dostlarındandır: 2016-cı ildən NB qrup ASC kimya sənaye birliyində birlikdə işləmişik. Dost, qardaş olmuşuq. İşlə bağlı ezamlarda da birlikdə olurduq. Savadlı idi, işi ilə fərqlənirdi. Dəfələrlə təşəkkürnamə, fəxri-fərman, mükafatlar alıb. Növbə rəisi idi. Az zamanda nail olmuşdu buna. İnsan kimi də bir başqaydı.  Dost idi, qardaş idi Vüsal mənim üçün. Tək mənim yox, bütün kollektivin əzizi idi. Hamının hörmətini qazanmışdı.  Hamının problemini həll etməyə çalışırdı. Mənim üçün ondan danışmaq, yoxluğuna inanmaq çox çətindi. Tovuz hadisələrində könüllü qeydiyyatdan keçmişdi. Torpaqlarımızın işğalından tez-tez danışardı. Savaş başlayan gündən döyüşə getməyə can atırdı.  Bir-neçə gün sonra çağırış gəldi ona. "Niyə mən döyüşməyim, niyə torpağımız ermənidə qalsın?" deyirdi tez-tez. Döyüşdə də birinci olmağa can atırdı... Hər gün danışırdıq. Oktyabrın 12-dən sonra telefonu susdu...-deyib Şəhriyar da susur. Bilirəm ki, kövrəlib.

Sonra "Bu günümüzü Vüsal kimi oğullara borcluyuq"- deyir astaca.

Bütün uşaqlar kimi gizlənqaç, futbol, qartopu oynayanda, əla qiymətlər alanda sevinib Vüsal. Böyüdükcə sevincinə kədər qarışıb. "Torpaqlarımız ermənilərin əlində necə qala bilər?"-sualı beynində dolaşıb həmişə. Müharibə başlayan kimi dostu Ağa Əmi Heybətovla birlikdə könüllülərin sırasına qatılıb.  Füzuli və Suqovuşan uğrunda döyüşlərdə də seçilib Vüsal. Ən ağır döyüşlərdə igidlik göstərib. Düşmənin neçə-neçə canlı qüvvəsini, texnikasını məhv edib. 

13 oktyabrda Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Anası ilə də son dəfə 12 oktyabrda əlaqə saxlayıb, ürək-dirək verib, "torpaqlarımızı azad edirik" deyib.

Gülçöhrə Salamova: Yeganə oğul payımdı. Çox şirindil, qayğıkeş, çalışqan idi. Qeyrətliydi mənim oğlum. Torpaqlarımızın işğalda olması qüruruna toxunurdu. Heç cür barışa bilmirdi. Savaş başlayanda dedi ki, ana, döyüşə gedəcəm, torpaqlarımızı azad edəcəyik. Sən narahat olma. Düşün ki, bunda mənim də payım olacaq. Mənimlə qürur duyacaqsan. Həmişə başımızı uca edib. Heç yersiz hərəkəti olmayıb ki... Mən oğlumla həmişə qürur duymuşam...İndi də qürur duyuram balamla...Bütün şəhidlərimizlə, igid oğullarımızla qürur duyuram.
 Bu ananın göz yaşındakı ağrını yaşamaq necə çətindi...Qələbə sevinci qədər böyükdü bu ağrı.

Yəhya ataya, tək qardaşını itirən Tünzalə xanıma necə təsəlli verəsən? Olmur...
 "Vətən sağ olsun" - deyir ata.

"Qürurunu qorudu. Qürurumuzu qorudu qardaşım" - deyir Tünzalə xanım.

"Yurdun ərazi bütövlüyü uğruna bir can nədi ki?" deyən Vüsal bu yolda şəhid olmağa hazır idi.  Hərbi hissə qarşısında qoyulan  tapşırıqlara hədsiz məsuliyyətlə, diqqətlə yanaşıb. Bütün döyüş tapşırıqlarını yerinə yetirib.

Əmrah Əmrəli oğlu Mirzəyev 1995-ci ildə Bakıda anadan olub: Könüllü olaraq vətənin müdafiəsinə yollandım Vüsal kimi. Az bir zamanda illərin dostu olmuşduq elə bil. Müharibədən danışmaq ayrıdı, müharibədə olmaq bir başqa. Bəzən qorxu da olur, çaşqınlıq da. Vüsal özünü itirməzdi. Qorxmaz idi, amma müharibə buna baxmır, qurbansız olmur. Suqovuşan istiqamətində çox çətin döyüş gedirdi. Oktyabrın 10-dan sonra ayrı-ayrı istiqamətlərdə hücuma keçməli olduq. İmkan olan kimi ona zəng edirdim. Əlaqə yarada bilmirdim. 21-də yaralandım. Naftalan şəhər xəstəxanasında müalicə alarkən ondan xəbər tutmağa çalışdım. Və şəhid olduğunu öyrəndim. Çətindi döyüş dostunu itirmək. Ağır döyüşlər idi. Necə oğullar itirdik. Əvəzində torpaqlarımızı-vətəni qazandıq. Hər birimiz bu yolda şəhid olmağa hazır idik. 

Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub Vüsal.

Vüsalın bir müqəddəs arzusu olub: Torpaqlarımızı azad etmək. Vətən - Qarabağ onun həyat hekayəsinin mövzusu idi. Bu hekayənin sonuna qələbə yazdı Vüsal.
 6 gün neytral zonada qalandan sonra ailəsinə şəhidlik zirvəsinə ucaldığını dedilər. Uşaqlıq dostu Ağa Əmi Heybətovdan bir həftə sonra-31 oktyabrda Buzovna Şəhidlər Xiyabanında torpağa qovuşdu. 

Sinif rəhbəri Gülarə müəllimə bir də dedi ki, Vüsal anadan qəhrəman doğulmuşdu. torpaqlarımızın vüsalına can atırdı. Arzusuna çatdı. Onun haqqında keçmiş zamanda danışmaq istəmirəm. Elə bilirəm səfərdədi, bir gün qayıdacaq.

Əlbəttə, Gülarə müəllimə Vüsal azad etdiyi torpaqlardadı. Orda yaşayacaq, orda doğulan, böyüyən uşaqlarla birgə hər gün qayıdacaq.
 İndi də o gözəl gözləri bizim əlimiz yetməyən ucalıqdan baxır  Azərbaycana , "mən burdayam" deyir.

Kamalə Abiyeva




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ