Bazar günü günü, 08 noyabr 2026
     

“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

Image


Aprelin 26-da Əqli Mülkiyyət Agentliyi tərəfindən "Əqli mülkiyyət müasir mərhələdə" mövzusunda dəyirmi masa keçirilib. Tədbir Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təşkil edilib.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin sonunun əqli mülkiyyət aləmində əlamətdar dövr olduğunu - aprelin 23-nün Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün və aprelin 26-nın Beynəlxalq Əqli Mülkiyyət Gününün qeyd olunduğunu bildirib. O, Azərbaycanda da bu əlamətdar günlərin qeyd edildiyini diqqətə çatdırıb.

Agentliyin rəhbəri Azərbaycan xalqının Qələbə sevinci yaşamasında, ölkənin beynəlxalq nüfuzunun artmasında, söz sahibinə çevrilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb.

Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin kreativliyin, innovativliyin inkişafına böyük təsiri etdiyini söyləyən professor Kamran İmanov bildirib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda (324 müəllif) 717 şəhadətnamə verilib və bu, ötən illə müqayisədə 20 faiz çoxdur. Elektron xidmət bölməsi vasitəsilə 324 müəllif (hüquq sahibi) tərəfindən 626 əsər qeydiyyatdan keçirilib. 2023-cü ildə elektron qaydada 131 müəllifə məxsus 169 əsər qeydiyyata alınıb ki, bu da 2022-ci il ilə müqayisədə 73 faiz çoxdur. Əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18) qeydiyyata alınıb.

Sənaye mülkiyyəti sahəsində 2023-cü ildə ixtira, faydalı model və sənaye nümunələrinin patentləşdirilməsinə dair Agentliyə 302 iddia sənədi (2022-ci ildə 271 iddia sənədi) daxil olub. Bu isə ixtira fəallığının 11 faiz artması deməkdir.

İxtiralar üzrə ekspertizanın müddəti ümumi qayda 12 ay təşkil etdiyi halda, 2023-cü ildə 8-9 ay müddətində aparılıb, MDB məkanında ilk olaraq, iddia sənədlərinin 3D-formatında qəbulu həyata keçirilib, hamıya əlçatanlığı təmin edən "açıq reyestr" prinsipi tətbiq edilib.

Qeyd olunub ki, Agentliyin dəstəyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin köməyilə bu universitetdə Əqli mülkiyyət kafedrası yaradılıb. Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının Agentliyin nəzdində daha əvvəl yaradılmış filialının fəaliyyəti isə əqli mülkiyyət sahəsində hüquqşünas mütəxəssislərin hazırlanmasında əhəmiyyətli rol oynayır. Tələbələr üçün mühazirə və məşğələlər Agentlikdə müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalarda keçilir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva vurğulayıb ki, əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini bir yenilikdir. Bu termini Bakı Dövlət Universitetində fəaliyyət göstərən dəyərli alimlərimiz tələbələr, gənc hüquqşünaslar arasında geniş yaymalıdırlar.

Səbinə Əliyeva vurğulayıb ki, Ermənistan ölkəmizə qarşı bir çox müharibə cinayətləri törədib. Həmçinin əsrlər boyu milli-mədəni irsimizi, rəqs nümunələrimizi, kulinariya incilərimizi mənimsəməyə çalışıb. Professor Kamran İmanovun erməni yalanlarının ifşa edilməsi ilə bağlı yazdığı kitablar və həmin nəşrlərin xarici dillərdə olan nümunələri qiymətli mənbələrdir.

Sonra Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Siyavuş Novruzov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və başqaları çıxış edərək əqli mülkiyyət sahəsində Agentliyin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.

Dəyirmi masada Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "İnnovasiya və yaradıcılıq naminə müəllifliyin dəstəklənməsi" mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi qeyd edib ki, müəlliflik hüququnun qorunması insan şəxsiyyətinin ləyaqəti konsepsiyasına əsaslanaraq ötürülə bilməz və onun qorunmasını yalnız yaradıcılar - müəlliflər tələb edə bilər: "Korporativ hüquq sahiblərinin müəlliflərin maraqlarını təmsil etməli olduğuna inanmaq düzgün deyil, əksinə səhv olardı.

İnsanın müəllifliyini qoruma hüququ sadəcə olaraq müəllif hüquqlarının qorunmasının sinonimi və ya istinadı deyil, müəllif hüquqlarının qiymətləndirildiyi əlaqəli anlayışdır.

Bir insan hüququ kimi müəllifliyin qorunması hazırda əksər ölkələrin müəlliflik hüququ qanunlarında nəzərdə tutulduğundan bəzi hallarda daha çox, bəzi hallarda isə daha az tələb edir və beləliklə, müəllif hüququ qanunu müəllifliyin qorunmasının yalnız bir elementidir.

Yaradıcıların rəqəmsal mühitdə mənəvi və maddi maraqları ifadə azadlığı və mədəni həyatda iştirak hüquqlarına potensial olaraq qeyri-mütənasib şəkildə təsir etmədən onları qorumaq üçün ən yaxşı yolların tapılması istiqamətində müzakirələrin aparılmasını tələb edir.

"Müəlliflik" kateqoriyasının və nəticə etibarilə "müəllifliyin qoruma hüququnun təhlili "sosium" və "mədəniyyət" mühitlərinin qarşılıqlı təsiri nəticəsində formalaşan mədəni müxtəliflik məkanında aparılacaq ümumi hal üçün məqsədəuyğundur. Hər iki aspekt vahid bütövlüyün komponentlərini təmsil edir və xüsusi hallarda - müəllif hüququ müstəvisinin ayrı-ayrı subyektlərinin davranışının təsviri hesabına formalaşır".

Professor Kamran İmanov diqqətə çatdırıb ki, müəlliflər "müəlliflik" kateqoriyasının daşıyıcıları kimi sosiumun tərkibinə daxildir və onlar mədəniyyət səviyyəsində mədəni müxtəlifliyi formalaşdırmaqdadırlar: "Mədəni müxtəliflikdə həm sosiumun təşəbbüsü ilə, həm də mədəniyyətdən qaynaqlanan, qarşılıqlı əlaqəsi onlar arasında baş verən dəyişikliklərlə, keçid prosesinin dayanmasını və sistemin pozulmadığı istənilən tarazlığın əldə olunmasını tələb edir. Mədəniyyətin özünü tənzimləməsi ilə belə bir tarazlığa nail oluna bilər, lakin bu prosesi multikulturallığı təmin edən tədbirlər vasitəsilə sürətləndirən dövlət müdaxiləsi ilə də mümkündür".

Daha sonra dəyirmi masa müzakirələrlə davam edib.

Qeyd edək ki, bu il Beynəlxalq Əqli Mülkiyyət Günü bütün dünyada "Əqli mülkiyyət və Dayanıqlı İnkişaf Məqsədləri: Ümumi gələcək naminə innovasiya və yaradıcılıq" devizi altında keçirilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ