Bazar günü günü, 08 noyabr 2026
     

COP29 iqlim dəyişmələrinə qarşı yeni mərhələ açacaq...

Image


Azərbaycan dövləti ekologiyanın mühafizəsi, biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyi ilə mübarizə müstəvisində məqsədyönlü işlər həyata keçirir. Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi ilə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransı (COP29) keçiriləcək. Əvvəlcədən elan edildiyi kimi, COP29 çərçivəsində müzakirə edilən əsas məsələlərdən biri iqlim dəyişikliyi ilə mübarizə mövzusu olacaq.

Mart ayının ortalarında mətbuata müsahibəsində COP29 Azerbaijan-ın baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov deyib ki, COP29-un gündəliyində olan əsas mövzu iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə məsələsi olacaq.

O bildirib ki, Azərbaycan COP29- a səylə hazırlaşır:"Daxildə də müzakirlər gedir və biz gələcək həftələrdə öz təşəbbüslərimzi təqdim edəcəyik".

Nazir müavini karbon emissiyasının azaldılması, qlobal bərpaolunan enerji və enerji səmərəliliyi məsələrinin Azərbaycan tərəfindən təşviq olunacağı deyib.

"Yaşıl dəhlizlə bağlı təkliflər də müzakirə olunacaq. Azərbaycan bu məsələdə çox ambisiyalıdır. Biz artıq bu istiqamətdə işləyirik"- nazir müavini Qara Dəniz sualtı enerji xətti təşəbbüsü barədə qeyd edib.

Bu günə qədər Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı gördüyü və görəcəyi işlər təbii ki, maraq doğurur. Əlbəttə, burada iqlim dəyişikliyinə qarşı mübarizə nümunələri, iqlim dəyişikliyi ilə bağlı Azərbaycan modelinin yaradılması da aktualdır.   

COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə yolları... 

Ekspertlər hesab edir ki, Azərbaycanın COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. "Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Görülən işlərə və qarşıya qoyulan məqsədlərə nəzər saldıqda sadəcə vəd verməklə kifayətlənməyən, strateji ekoloji qərarlarla konkret nəticələr əldə edən bir ölkə görürük. Bu ölkə yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib". Bu barədə mətbautad qeyd olunub. 

Azərbaycan öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir və COP29-u ən yüksək səviyyədə keçirəcəyi də bu baxımdan heç kimdə şübhə doğurmur. Hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Azərbaycanın Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Təşkilat Komitəsi yaradılıb.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "Bakı-Xəbər"ə bildirdi ki, COP29 çərçivəsində reallaşdırılan genişmiqyaslı, dünya səviyyəli tədbirin Azərbaycanda keçirlməsi dünyanın Azərbaycana etimad göstərməsi deməkdir. "Yəni bu tədbirin keçirilməsini hər ölkəyə etibar etmək olmaz. Azərbaycan dünya arenasında etimad qazanıb ki, belə bir tədbirə ev sahibliyi edə biləcək. İndiyə qədər də Azərbaycanda müxtəlif istiqamətdə beynəlxalq tədbirlər uğurla keçirilib, Azərbaycan o tədbirlərə uğurla ev sahibliyi edib. Bu da Azərbaycana olan etibarın bir qədər də artmasına gətirib çıxarıb.

İlk onu deyim ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi üçün qərar qəbul edilməsinin özü ölkəmizin böyük uğurudur. Beynəlxalq arenada böyük nüfuzunun göstəricisidir. Digər tərəfdən, COP29 tədbirinin Azərbaycana təsirləri nə olacaq? Bilirsiz ki, Azərbaycan sərvətlər ölkəsidir, neft-qaz dövlətidir. Sərvət ölkəsinin bu gün iqlim dəyişikliklərinə qarşı mübarizə aparması, ətraf mühitin qorunması, "Yaşıl enerji"dən istifadənin genişləndirilməsi üçün daha da geniş imkanları var. Bir qədər də konkret desək, Azərbaycan hökumətinin əlində bu işləri görmək üçün kifayət qədər kapital var. Ona görə də, həmin COP29 tədbiri çərçivəsində müəyyən müzakirələr aparılacaq, qərarlar qəbul ediləcək, dünyada iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq protokollar tərtib ediləcək. Bu protokollar məhz Azərbaycanda ərsəyə gələcək. Ona görə də birinci növbədə Azərbaycanın bu protokollara uyğun addımlar atması, iqlim dəyşikliyinə qarşı daha ciddi cəhdlə mübarizə aparması gözləniləndir" - deyə A.Nəsirli qeyd etdi.

İqlim dəyişikliklərinə qarşı Azərbaycan modelinin yaradılmasına gəlincə, A.Nəsirlinin sözlərinə görə, biz iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətlərində COP29-un qəbul etdiyi protokollardan səmərəli istifadə edərək öz vəzifələrimizi, üzərimizə düşən işləri görməliyik. 

"Bizim hədəfimiz ondan ibarət olmalıdır ki..." 

"Bu işlərin, prosesin getməsi zamanı ola bilər ki, iqlim dəyişiklikləri ilə mübarizədə Azərbaycan modeli də formalaşsın. Amma bu vacib deyil. Bu gün dünyada iqlim dəyişikliklərinə qarşı oturuşmuş mübarizə metodları var. İlk növbədə biz o metodlardan istifadə etməliyik. Söhbət sınaqdan keçmiş metodlardan gedir. Bu metodlardan istifadə etdikcə bizim fəaliyyət göstərən komandamız püxtələşəcək, müəyyən araşdırmalar aparacaq, ortaya layihələr qoyacaq"-deyə A.Nəsirli qeyd etdi.

O hesab edir ki, ola bilsin, proseslər zamanı Azərbaycan alimləri, mütəxəssisləri öz töhfəsini versin və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində Azərbaycan modelinin yaranmasına dair layihə ortaya qoysun, bu da mümkündür. "Amma biz hədəf kimi  iqlim dəyişiklikləri ilə mübarizədə Azərbaycan modelinin yaradılmasını götürməməliyik. Bizim hədəfimiz ondan ibarət olmalıdır ki, Azərbaycanda iqlim dəyişikliklərinə qarşı səmərəli mübarizə aparaq, ölkədə biomüxtəlifliyin pozulmasının qarşısını alaq, pozulmuş biomüxtəlifliklərin bərpası istiqamətində müəyyən işlər görək, ekosistemin mürəkkəb elementlərinin bərpası və qorunması istiqamətində nailiyyətlər əldə edək. Yəni qilim dəyişikliklərinin təsirlərini aradan qaldıraq, onların qarşısını alaq. Tutaq ki, paytaxt Bakıda atmosferin çirklənmə səviyyəsi normadan 2, 3 dəfə çoxdur. Biz nə edək ki, bu çirklənməni aradan qaldıraq? Bu istiqamətdə Baltikyanı ölkələrinin təcrübəsindən yararlana bilərik"-deyə bildirən A.Nəsirlinin sözlərinə görə, onlar ictimai nəqliyyatda - avtobusda insanların pulsuz daşınması məsələsini ortaya ataıblar. O hesab edir ki, bu, iqlim dəyişikliklərinə qarşı mübarzədə Baltikyanı ölkələrin modeli kimi tanınır. "Bütün sərnişindaşıma avtobusları pulsuz olur, bazara, işə gedən vətəndaş düşünür ki, nəyə görə yanacaq sərf edib öz şəxsi avtomobilimlə çölə çıxıram, elə avtobusdan istifadə edim. Onlar bununla şəhərdə sıxlığı aradan qaldırırlar. Bu metod da maraqlıdır" - deyə A.Nəsirli vurğuladı. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ