Bazar günü günü, 08 noyabr 2026
     

Nahid Məmmədov ucalığı

Image


Azərbaycan ordusunun əsgəri Nahid Vahid oğlu Məmmədov 27 sentyabr 2020-ci ildə işğal altında olan ərazilərin azad edilməsi uğrunda savaşa könüllü gedib. 14 oktyabr 2020-ci ilə kimi addım-addım, kənd-kənd torpaqlarımızı azad edən qəhrəmanların sırasında olub. İndisə Xəzər rayonu Binə qəsəbəsində Şəhidlər Xiyabanında uyuyur. 

Səadət xanımın danışarkən hələ də "uşağım" dediyi Nahid   birdən-birə azad olunmuş torpaqlarda ucalan bayraqlarla birlikdə böyüyüb-ucalıb.

- Qardaşı Elməddin ilk nəvə olduğundan, hamı onu daha çox əzizləyirdi. Mənsə daha çox Nahidə bağlıydım. Onu elə uşaq kimi əzizləyərdim. Mənimçün böyüməmişdi elə bil. Anayam, bəlkə ondan tez ayrılacağımı, onu daha az görəcəyimi hiss edirdim. Müharibəyə gedəndə ayıldım birdən. Oğlum o qədər böyüyüb ki, vətəni azad etməyə gedir-deyə düşündüm...

Ana nə qədər özünü toparlamağa çalışsa da gözündəki damlalar yanağından süzülmürdü, bütöv düşürdü... Adama elə gəlirdi ki, Yer kürəsidi ananın gözlərindən düşən. Müharibələrdən bezən, ağrıyan Yerdi...

1996-cı il iyunun 11-də elə Binədə dünyaya göz açmışdı Nahid. Bütün uşaqlar kimi sevinmiş, ayaq açıb yerimişdi. 2002-2013-cü illərdə Binədəki R. Sadıxov adına 136 №li məktəbdə orta təhsil almışdı. 

2013-2014 -ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat kollecində oxuyub.

2014-2015-ci ildə Gəncədə, sonra Ağdamın sərhəd kəndində illərlə düşmən qonşuların hərbi cinayətlərinin şahidi olan Xındırıstanda,  sonra Yenikənddə müddətli həqiqi hərbi xidmət keçib. Baş əsgər və baş atıcı olub. Xidmət hissəsindən ailəyə tərifnamələr, təşəkkürnamələrlə qayıdıb. Həqiqi hərbi xidmətdən sonra təhsilinə davam edib, "İnformasiya texnologiyaları" ixtisasına yiyələnib. Müxtəlif yerlərdə işləyib, kənardan sakitcə yaşayırmış kimi görünsə də, Nahid sərhəddə keçən xidməti günlərini unuda bilməyib.

Vahid Məmmədov: "Hər gün işğalda olan torpaqlarını görmək çox çətindi. Adam döyüşmək, torpaqları azad etmək istəyir" - deyirdi tez-tez. Nə edəsən ki, Azərbaycanın taleyinə də belə namərd qonşular düşüb. Ev deyil ki, satıb köçəsən. Bu vətəndi. Onu qorumalısan. Məncə vətəni sevən hər bir kəs torpaqlarımızın ermənilərin işğalında olmasından narahat idi. Döyüşməyə hazır idi. Oğlanlarım məktəbli olanda da torpaqlarımızın ermənilərdə olmasından narahat olurdu. Sindirə bilmirdi iki oğlum da. Bu işğalla barışa bilmirdilər. Tovuz hadisələri zamanı, Polad Həşimovun ölüm xəbəri yayılanda gedib ikisi də könüllü yazılmışdı. Heç sorğu-sualı olmadı. Əksinə, qürur duydum oğlanlarımla. Mən sevinirəm ki, ləyaqətli oğullar böyütmüşəm. Belə oğullar böyüdən ata-analar qürurlu olmalıdır. Məni aparsaydılar, özüm də gedib döyüşərdim. Nahidə  qismət imiş. Qardaşını aparmadılar. Düzdü, çox cəsur idi, "erməniyə can verməz" deyə düşünsəm də, şəhid olacağını hiss eləmişdim.

Hər bölükdə seçilmiş əsgərlər olur. Onlar həmişə öndə gedir. Şəhidləri, yaralıları çıxarmağa da onlar gedir. Düşmən əlinə keçməsin deyə şəhidləri, yaralıları döyüş bölgəsindən çıxarmaq da hər döyüşçünün bacardığı iş deyil. Bunun üçün möhkəm iradə, cəldlik, psixoloji və fiziki güc gərəkdir. Nahid Məmmədov məhz belə döyüşçü idi. Şəhidləri təhlükəli ərazidən çıxarmaq, yaralıları xilas etmək döyüşməkdən asan deyildi. "Bizim xilasedici"miz idi" - dedi döyüş yoldaşları.

14 oktyabr... 530 yüksəkliyi uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu. Yüksəklik güclü müdafiə olunurdu. Texnika ilə getmək mümkün deyildi. Yaxın məsafədə, üzbəüz atışmalarla irəliləyən oğulları təsəvvür edin...Tərtər-Ağdərə yolunun üstündə yerləşən yüksəklik Ağdərənin açarı idi.

Füzuli Balakişizadə də çoxu kimi 27 avqust 1999-cu ildə İkinci Qarabağ savaşından illər sonra anadan olub. Orta təhsilini bitirdikdən sonra 2016-2020-ci illərdə Gəncə Dövlət Universitetində təhsil alıb. Sonra Həqiqi hərbi xidmətə yollanıb: Ərazilərimizin işğalda olmasıyla barışa bilmirdim. Elə bilirdim ki, mütləq mən döyüşməliyəm. Hərbi xidmətə gedəndə özümü savaşa gedən kimi hiss edirdim. Torpaqların azadlığı fikri beynimə oturmuşdu. Bəlkə elə uşaqlıqdan adımla birlikdə ruhuma hopmuşdu. 26 sentyabrdan 27-nə keçən gecə artıq döyüşə hazır idik. Müharibənin necə ağır olduğunu bilsək də hamımız sevinirdik. İlk gündən özümü qalib hiss edirdim. Nahid könüllülərdən idi. Əslində komandirlər könüllüləri qabağa buraxmamağa çalışırdılar. Amma Nahidi saxlamaq olmurdu. "öndə gedəcəm" deyə inad edirdi. Dayanan kimi "nə vaxt irəli gedirik" deyirdi. Hücumda, döyüşdə həmişə öndə getmək döyüş bacarığı, psixoloji hazırlıq, cəsurluq tələb edir ki, Nahid belə oğul idi. Ağdərə, Suqovuşan uğrunda döyüşlərdən keçmişdik. Suqovuşan azad idi. 530 yüksəkliyini almalıydıq. Nəsə sakitlik yarandı. 14 oktyabr döyüş yoldaşımız Anarın doğum günü idi. Döyüş tapşırığını da yerinə yetirmişdik. Sevinirdik. Anarı sözlə də olsa təbrik etmək istədik. Mina yağışı başladı. 3-5 m məsafədə düşdü minalardan biri. Qəlpələr üstümüzə yağdı. Yaralandım. Anar da yaralandı. Yarası nisbətən yüngül olduğundan bizi o təxliyə etdi. Gözüm Nahiddə idi. Nahidin şəhid olduğunu hiss etdim. Müharibənin ən ağrılı tərəfi döyüş yoldaşlarını itirməkdi. Hələ də unuda bilmirəm o səhnəni. "Yüksəkliyə birinci özüm qalxacam" deməyini unuda bilmirəm. Elə yüksəkliyə qalxmağı arzulayırdı ki...

Kədərləndi Füzuli. Mən də ona onsuz da unuda bilmədiyi anları bir daha yaşatdığım üçün kədərləndim. Həm də sevindim. Sevindim ki, bizim hələ uşaq dediyimiz bu oğullar işğalda olan torpaqların azadlığı kimi tarixi xoşbəxtlik yaşadılar. 

Səadət xanımın xatirələrindən: Dördüncü sinifdə oxuyurdu. Bir gün həyacanla evə gəldi. "Ana, müəllim "Mənim arzum" mövzusunu yazmağı tapşırıb. Özü də on cümlədən çox olmasın. Yazım, sən də baxarsan-dedi. Oxudum maraqla. Yazısı qəzetdə də çap olundu: Vətənim Azərbaycandır. Onun hər qarış torpağı mənim üçün doğma və əzizdir. Arzu edirəm ki, tezliklə işğal olunmuş 20 % torpağımız azad olunsun. O günü səbirsizliklə gözləyirəm. Əgər mən də böyük olsaydım torpaqlarımızın müdafiəsinə qalxardım". 

Belə yazmışdı Nahid Məmmədov "Mənim arzum" mövzusunu. Bu arzuyla böyüdülər qeyrətli oğullarımız. O qədər böyüdülər ki, ən uca zirvəyə qalxdılar elə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azdlığına görə" medallarına layiq olan Nahid Məmmədov kimi...

Kamalə Abiyeva




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ