Bazar günü günü, 08 noyabr 2026
     

Təhsil proqramlarında islahatlar davamlı prosesə çevrilib...

Image


Məlum olduğu kimi, müstəqillik əldə edəndən sonra bizim təhsil proqramlarımızda da müəyyən dəyişikliklər oldu. Bax, bu yeniliklərin ümumi təhsil prosesinə nə kimi müsbət və mənfi tərəfləri oldu?

Tarixi üzrə fəlsəfə doktoru, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, təhsil sistemində də köklü dəyişikliklərə ehtiyac var idi: "Bildiyimiz kimi, sovet təhsil sistemi ilə Qərb təhsil sistemi arasında çox fərqlər var. Biz Qərbə inteqrasiya yolunu tutan bir Respublika kimi Qərb dəyərlərinə üstünlük verdik. Hətta Azərbaycan Baloniya sisteminə daxil oldu. Amma, sonradan bu proses zəiflədi. Yəni Azərbaycan təhsil sistemində dərsliklərin yenidən yazılması, proqramların yenidən tərtibi və s daxil olmaqla problemlər qalmaqda davam edir. Bilirsiz ki, təhsildə alternativ dərsliklər məsələsi olmalıdır. İndiki dövrdə buna fikir verilmir. Qərb təhsil sistemində tələbəyə imkan verilir ki, mövzunu öyrənmək üçün bir yox, bir neçə dərslikdən istifadə edib özü nəticə çıxarsın. Hansısa bir mövzu ilə bağlı obyektiv qərar versin".

Ali məktəblərdə Azərbaycan tarixinin tədris saatı 120 saat idisə, indi 60 saata endirilib… 

Professorun sözlərinə görə, bir çox məsələlərdə fikir ayrılıqları var: "Məsələn, İkinci Dünya müharibəsinə baxış, İkinci Dünya müharibəsinin içərisində böyük Vətən müharibəsinə baxış, onun daxilində sovet qoşunu tərkibində vuruşanlara münasibət və onlara qarşı olan legionerlərə münasibət. Burda olan fikir ayrılıqları daha da dərinləşir. Ona görə də, standart, nazirliyin bilavasitə proqramı, təsdiq etdiyi dərsliyi əsasında bunların öyrənilməsi qeyri - mümkündür. Çünki bunlar fikir tələb edən mövzulardır. Belə mövzulara da bizim auditoriyada yer verilmir. Konkret mövzu, konkret proqram var. Bu da standart dərslik əsasında keçirilməlidir. Biz əgər Qərbə inteqrasiya ediriksə, burda alternativ dərsliklərə yer verilməlidir. Mən öz fənnimi nəzərdə tutaraq sual verirəm: təhsil sistemində çatışmayan cəhət nədir? İlk dövrlərdə dövlət müstəqilliyini bərpa edəndən sonra "Azərbaycan tarixi" fənnində çoxlu problemlər vardı. Bu problemləri aradan qaldırmaq üçün nazirlik səylə çalışırdı və bu fənnin dərs saatları geniş idi. Son beş ildə isə bu saatlar azala - azala gəldi. 4-5 il qabaq ali məktəblərdə Azərbaycan tarixinin tədris saatı 120 saat idisə, indi 60 saata endirilib. Bu 60 saatın da 30 saatını müzahirə, 30 saatını isə seminar təşkil edir"

Öz tarixini yaxşı bilməyən, obyektiv surətdə tarixini öyrənməyən gənc nəsil gələcəkdə çoxlu problemlərlə üzləşə bilər 

Ekspert hesab edir ki, bura da cəmi 15 mövzunu sıxışdırmaq olar: "İbtidai icma qurluşundan bugünkü günümüzə kimi cəmi 15 mövzu əsasında biz Azərbaycan tarixini tədris etməliyik. Bu əlbəttə ki, ağlasığan bir şey deyil. Biz bir neçə dəfə nazirliyə müraciət etmişik. Millət vəkillərinin imzası ilə məktub qeyri - hökumət təşkilatı xətti ilə gedib. Ən azı 44 günlük müharibədə Prezidentimizin mətbuat konfranslarını tədris etmək, qəhrəmanlarımızı təbliğ etmək üçün çoxlu saatlar lazımdır. Ona görə də "Azərbaycan tarixi"nin saatları artırılmalıdır. İndiyə kimi bu məsələyə reaksiya verən olmayıb və problem qalmaqda davam edir. Bilirsiz ki, öz tarixini yaxşı bilməyən, obyektiv sürətdə tarixini öyrənməyən gənc nəsil gələcəkdə çoxlu problemlərlə üzləşə bilər. Bu da bizim çatışmayan cəhətlərimizdən biridir. Elm sahəsində son illər gənclərin elmə olan marağı azalır. Mən müqayisə apardım ki, pandemiyaya qədərki dövrdə bir il ərzində beş min nəfər elmlə məşğul olanların sayı azaldı. Bunun da əsas səbəb elmə kifayət qədər önəm verilməməsi, elmlə məşğul olan insanların əmək haqlarının aşağı olması, həyat şəraitlərinin yaxşı olmamasıdır. Belə bir vəziyyətdə gənclər elm yolu ilə yox, daha əmək haqqı çox olan işlərə getməyi üstün tuturlar. Bu da elmin zəifləməsinə səbəb olur. Əgər elmdə vəziyyət gərgindisə, bu təhsilə də özünü göstərir. Digər bir məsələ də odur ki, təhsil sahəsində universitetlər arasında fərq çoxdur. Dünyanın inkişaf etmiş ölkələrində özəl universitetlər daha yaxşı təhsil verirlər dövlət universitetləri ilə müqayisədə. Bizdə isə tərsinədir. Bəzi özəl universitetlər var ki, orada təhsilin səviyyəsi çox aşağıdır. 

Bizdə təhsil sistemi sırf davamiyyət üzərində qurulub... 

Professor hesab edir ki, eyni zamanda orta məktəbdə, yuxari sinifdə tədrisin çox problemli olması, bir sıra məktəblərdə dərslərin keçirilməməsi, repetitor məsələsi və s. kimi hallar mövcudfur. Bütün bunlar da  böyük çatışmamazlıqlardı. Eyni zamanda,  bu dövlətdə cinayət hesab olunur. Keçirilməyən dərslərə görə jurnallar yazılır, əmək haqqı ayrılır, dövlətin vəsaiti mənimsənilir. Ümid edirəm ki, ciddi islahatlar yolu ilə bu problemlərin aradan qaldırılmasına səylər göstəriləcək. Azərbaycanın bütün təhsil müəssisələrində baloniya sisteminin əksinə olaraq, davamiyyət məsələsinə çox fikir verilir. Normal ölkələrdə, Qərb ölkələrində tələbələr asudə şəkildə dərsə davam edirlər, imtahan isə çox ciddi keçirilir. Yəni, mühazirəyə, seminara istəsələr gələ bilərlər, istəməsələr yox. Müəllim öz mühazirəsini deyir, onlar gəlir, oturub qulaq asırlar, istədikləri vaxt da gedirlər. Bizdə isə təhsil sistemi sırf davamiyyət üzərində qurulub. Məsələn, limit var. Neçə saat dərsə gəlməyən tələbə imtahana buraxılmır. Bu isə Azərbaycanda inzibati sistemin qalıqlığını göstərir. Yaxın gələcəkdə elə dəyişikliklər edilməlidir ki, tələbələr könüllü şəkildə mühazirələrdə iştirak etməyə maraq göstərsinlər, nəinki inzibati qaydada limitlə dərslərə gətirilməyə çalışsınlar. Bu da qalan problemlərdən biridir. Bir məsələni də nəzərə çatdırmaq istəyirəm. Mən iki il bundan qabaq "13-14-cü əsrlər tarixinə yeni baxış" adlı kitab yazdım. 7 dilə tərcümə olunur. Burada əsas məsələ tatar - monqolların Azərbaycan tarixində roludur. Bu da dərsliklərdə səhv izah olunur. Çünki, Azərbaycan xalqının etnogenisində tatarların da böyük rolu olub. Abbasqulu Ağa Bakıxanovun "Gülüstani İrəm" əsərində qeyd olunur ki, Hülakü xanın qoşununun tərkibində iki yüz min türk ailəsi Azərbaycana gəlib. Ancaq buna baxmayaraq həmin mövzu sovet dövründə olduğu kimi, izah olunur. Bütün bunlar problemdir. Bunların həlli ilə ciddi məşğul olmaq lazımdır".

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ