Bazar ertəsi günü, 09 noyabr 2026
     

XİN əməkdaşları ilə "Diplomat MTK"-nın sədri arasında kəskin qarşılıqlı ittihamlar başlayıb...

Image


Bakı Ağ Şəhərdə “Diplomat 2008” MTK tərəfindən inşa olunan yaşayış binasında mənzil almış bir qrup sakin 4 ildir yaşayış binasında işlərin yekunlaşdırılmamasından və mənzillərin sakinlərin yaşaması üçün təhvil verilməmsindən şikayət edirlər. Onlar, əli hər yerdən üzülmüş və çarəsiz vəziyyətdə olduqlarını bildirirlər, problemin həllini gözləyirlər. 

Sakinlər problemlərinin ictimailəşməsi üçün Marja.az-a müraciət ediblər.

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit

Müraciətdə bildirilir:

"Satış ofisi Xarici İşlər Nazirliyinin binasında yerləşən, sədri Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin rəhbəri  Elxan Azayev olan “Diplomat 2008” MTK 2014-cü ildə Bakı Ağ Şəhərdə yaşayış binasının tikintisinə başlamışdır. “Diplomat 2008” MTK ilə sakinlər arasında imzalanmış mənzil alqı-satqısına dair müqaviləyə əsasən binada işlər 2019-cu ildə tam başa çatdırılmalı və mənzillər səkinlərin yaşaması üçün təhvil verilməli idi. Lakin, tikintinin başlamasından 9 il keçməsinə baxmayaraq yaşayış binasında işlər yekunlaşdırılmamış və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməmişdir. “Diplomat 2008” MTK-nın sədri Elxan Azayev işlərin yekunlaşacağı və mənzillərin təhvil veriləcəyi ilə bağlı biz sakinlərə son 5 ildə dəfələrlə yalan vədlər vermişdir. Elxan Azayev sonuncu dəfə 23 yanvar 2023-cü il tarixində Xarici İşlər Nazirliyinin binasında biz sakinlərlə görüşərək binada bütün işləri ən geci 1 ay ərzində, yəni 23 fevral 2023-cü il tarixinədək yekunlaşdıracağını və mənzilləri sakinlərin yaşaması üçün tam hazır şəkildə təhvil verəcəyini bildirmişdir. Son 5 ildə olduğu kimi, bu dəfə də Elxan Azayev biz sakinləri aldatmış, üzərinə düşən öhdəlikləri icra etməmiş, binadakı işləri tamamlamamışdır.

Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmuru Elxan Azayev tərəfindən  9 il əvvəl tikintisinə başlanılmış binanın eyvanlarında işlər tamamlanmamış, binada abadlıq işləri yekunlaşdırılmamış, mənzillərin giriş qapıları qoyulmamış, binanın 3 fazalı elektirik xətti birləşdirilməmiş, layihədə olmasına baxmayaraq binaya generator qoyulmamış, liftlər işlək vəziyyətə gətirilməmiş, binaya qaz verilməmiş və s. 

Hazırda binada Elxan Azayevə məxsus dəyəri bir neçə milyon manat olan əmlaklar (mənzillər, qeyri yaşayış sahələri, yeraltı avtomobil dayanacaqları) var. Elxan Azayevin bu qədər əmlakı, pulu olmasına baxmayaraq binada  işləri yekunlaşdırmaqda maraqlı deyildir. 

Məsələ ilə bağlı Xarici İşlər Naziri cənab Ceyhun Bayramova müraciət ünvanlasaq da, bu günə kimi müraciətimiz cavabsız qalmış, problemlərimiz həll olunmamışdır. 

Vəzifəsi Bakı Ağ Şəhərdə inşa olunan binalarda işlərin icrasına, keyfiyyətinə, layihəyə uyğun tikintisinə, vaxtında başa çatdırılmasına və s. nəzarət etməli olan Bakı Ağ Şəhər Administrasiyası da işləri tamamilə nəzarətsiz qoyub və ya  “Diplomat 2008” MTK-nın qanunsuz əməllərinə göz yumur.

MTK-NIN SƏDRİNDƏN İDDİALARA CAVAB

İddialar ilə əlaqədar olaraq “Diplomat 2008” MTK-nın sədri Elxan Azayev ilə əlaqə saxladıq.

Elxan Azayev Marja.az-a açıqlamasında bildirdi ki, binanın təhvili koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş karantin rejimləri, maliyyə çətinliyi,  Bakı Ağ Şəhər Administrasiyasının düzgün olmayan yanaşması, sənədləşmənin vaxt tələb etməsi, bunun üçün aylarla davam edən yazışmalar səbəblərindən gecikir:

"Bizdən asılı olan və asılı olmayan səbəblər var idi. Hal-hazırda heç bir səbəb yoxdur, dövlətə təhvil-təslim prosesi gedir. 4 ildir mənzillərin təhvilinin gecikməsinin səbəblərindən birincisi yeni növ koronavirus pandemiyası ilə bağlı olaraq ölkəmizdə tətbiq edilmiş karantin rejimləri olub. İki il yarım karantin rejimləri tətbiq edildi - tərpənmək olmurdu, küçəyə icazə ilə çıxırdıq. Bunları unutmaq olmaz.

Bizdən asılı olmayan - Ağ Şəhər ilə bağlı məsələ var idi. Orada yanaşma bir az düzgün deyildi. Bunu məqalədə qeyd etməyə də ehtiyac yoxdur.

Maliyyə çətinliyi də oldu. Sizə şikayət yazan sakinlərin içərisində elə şəxslər var ki, bu gün cədvəl üzrə maliyyə borcu var. Tikinti kooperativinə borcunu ödəmirlər, amma şikayət edirlər. Mən də sual verirəm - "Siz borcunuzu cədvəl üzrə ödəmirsinizsə, o zaman mən nə etməliyəm?! Alıcılar ödənməyən borcların təhvilin gecikməsinə görə kompensasiya olaraq silinməsini istəyirlər" .

Elxan Azayev Marja.az-ın "Əgər borcunu vaxtında ödəmək alıcının borcudursa, mənzili də vaxtında tikib təhvil vermək mənzil tikinti kooperativinin (MKT) borcudur" şərhinə belə cavab verdi:

"Sizinlə razıyam. Amma reallıqları da başa düşmək lazımdır. Bu gün ümumi borc 500 min manatdan yuxarıdır. Bu qədər borc MTK üçün maliyyə çətinliyi yaradır. Deyirlər, "siz ləngitmisiniz, buna görə qalan borc bizə kompensasiya olsun". Cavab vermişəm ki, "müqavilədə "belə bir halda Sizə kompensasiya ödəməliyəm" yazılmışdırsa, mən razıyam"".

MTK-nın sədri qeyd etdi ki, binanın təhvilini dövlət qurumlarında, xüsusilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunda sənədləşdirmək vaxt tələb edir: 

"Sənədləşmələr vaxt tələb edir, aylarla yazışmalar aparılır. Hazırda bina dövlət qurumlarına təhvil verilir. Bizdə hər bir şey qaydasındadır, heç bir problem yoxdur".

Elxan Azayev, sakinlərin eyvanlarda işlərin tamamlanmadığı, həyətdə abadlıq işlərinin yekunlaşdırılmadığı, mənzillərə giriş qapısının qoyulmadığı və s. barədə iddialarına belə cavab verdi:

"Həyətdə abadlıq işləri demək olar ki, tamamilə görülüb, qalan az işlər də dama çınqıl vurulması ilə əlaqədar olaraq qalıb. Gecikmə deyil, bir-biri ilə bağlı olan işlərdir. Eyvanlarda işlər yekunlaşdırılıb, mənzillərin qapıları da qoyulub. Binaya su və elektrin enerjisi verilib. Artıq binada yaşayanlar da var. 

Deyirlər ki, lifti verin. Binada lift 2017-ci ildə quraşdırılıb. Sadəcə, lifti dövlətə təhvil-təslimindən sonra istifadəyə vermək olar ki, bu proses də davam etməkdədir".

Elxan Azayev vurğuladı ki, 2-3 həftə ərzində, may ayınadək təhvil-təslim və digər xırda tamamala işləri yekunlaşacaq:  "2-3 həftəyə işlər tamamailə yekunlaşacaq, orada demək olar ki, iş yoxdur".

Elxan Azayev qeyd etdi ki, binanın sakinlərinin böyük hissəsi Xarici İşlər Nazirliyinin əməkdaşları olduğu üçün şikayət edənlərin sayı çox deyil: "Şikayət edənlərin sayı çox deyil, əksəriyyəti bir ailənin üzvləridir. Bir ailədən 3-4 nəfər imza atıb müraciətlər hazırlayıblar, guya sayımız çoxdur. Binanın sakinlərinin əksəriyyəti Nazirliyin əməkdaşlarıdır. Onlara real vəziyyət yaxşı məlumdur və şikayət etmirlər".

Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurunun mənzil tikintisi ilə məşğul olması barədə deyilənlərə toxunan Elxan Azayev qeyd etdi ki, 98 mənzildən ibarət bina Nazirliyin əməkdaşlarının müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə tikilib:

"Mən həm də Xarici İşlər Nazirliyində Həmkarlar İttifaqı Komitəsinin sədriyəm. Əməkdaşlarımızın müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı Ağ Şəhərdə yaşayış binası tikilib. Bununla əlaqədar olaraq MTK-ya sədrlik edirəm. Binadakı mənzillərin əksəriyyəti Nazirliyin əməkdaşlarına verilib, əməkdaşların təlabatından artıq olan hissəsi kənar şəxslərə satılıb". 

Qeyd edək ki, yerli mətbuatda dərc edilmiş bəzi xəbərlərdə "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativi keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun biznesi kimi göstərilmişdir.

Əlavə edək ki, Bakı Ağ Şəhərin saytında "Diplomat 2008" MTK-nın binasında tikintinin gedişinə dair ilk şəkillər 2015-ci ilə, son şəkil isə 2020-ci ilin yanvar ayına aiddir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ