Yarım saat öncə yekunlaşan səsvermənin ardınca seçki qutularının açılmasına başlanılıb. Gün ərzində gərgin keçən səsvermə zamanı hətta silahlı qarşıdurma və qətl faktları qeydə alınıb.
Bəzi müşahidəçilərin fikrincə hakim AKP və MHP blokunun müəyyən səs itkisi ilə müşayiət olunan seçkinin yekun nəticələri hesablanır. Hazırda bütün ölkə üzrə səsvermə qutularının 7 faizə qədəri açılıb. Lakin ilkin nəticələr barədə hələ konkret bir şey deyilmir. Prezident Ərdoğanın səs verəndən sonra evinə gedərək istirahət etdiyi deyilir. Az sonra bəyanat verəcəyi gözlənilir…
- 19:45 - Yeniləndi
Bu anda qutuların 8 faizə yaxını açılıb.İzmir və Adana kimi şəhərlərdə qutuların yalnız 2 faizi açıldığı halda bəzi şəhərlərdə hətta 22 faizədək qutunun açıldığı bildirilir.Bu kəskin fərqin səbəbləri barədə rəsmi izah verilmir...
- 20:00 - Yeniləndi
Bu anda açılan qutuların dayı 18 faizə yaxınlaşır. Təxminən yarın saat sonra ilkin nəticələrin elanına başlanılacağı deyilir...
- 20:20 -
Səslər sayılnağa başlayıb. Əsas mübarizə AKP ilə CHP arasında gedir. Əsasən eyni səviyyədə gedirlər. HDP, İYİ partiya və digır müxalif partiyaları da nəzərı alsaq AKP azacıq zəif durumda görünür. MHP də azacıq zəif durumdadır...
- 20:35 -
Ən gərgin mübarizı İstanbul və Ankarada AKP və CHP namizədləri arasında gedir. Səslər daban -dabana gedir. İstanbulda Binəli Yıldırımın işi çətinliklə üzləşib. Nəticə hər an dəyişə bilər..
- 20:50 -
Gözlər İstanbuldadır. CHP namizədi Əkrəm İmanoğlu burada bələdiyyə başqanı vəzifəsi uğrunda mübarizədə Binəli Yıldırıma əməlli başlı problem yaradıb. Üstünlük cüzidir.
- 20:55 -
Osmanlı dönəminin şahzadə sancağı sayılan Manisada əsas mübarizə Türkiyənin millətçi kəsimi arasında gedir. Mübarizəni MHP və ondan ayrılmış İYİ partiyanın namizədləri aparır. AKP bu şəhərdə çox geridədir...
- 21:00 -
Ankarada CHP namizədi Mənsur Savaş AKP namizədini geridə qoyur. Qutuların hələ 47 faizi açılıb...
- 21:20 -
Ankarada CHP namizədi Mənsur Savaş AKP namizədini 2 faizdən çox geridə qoyur. Mübarizə davam edir..
- 21:22 -
İstanbulda Binəli Yıldırım CHP namizədi Əkrəm İmamoğlunun şəxsində çox-çox güclü rəqiblə üz-üzə qalıb. Yıldırımın hətta məğlub ola biləcəyi də görünür...
- 21:26 -
AKP-nin aşkar üstünlüklə qalib yolla getdiyi yeganə bölgə Ətdoğanın ana vətəni Rizədir. Rizədə səslərin 70 faizini AKP, yalnız 13 faizini CHP qazanır.
- 22:10 -
İstanbulda Ərdoğanın, Ankarada Kılıcdaroğlunun adamının qalib gələcəyi gözlənir. Türkiyə seçkilər tarixində ən ilginc faktlardan biri...
- 22:15 -
İstanbulda qutuların 86, Ankarada hələlik 68 faizi açılıb.
- 22:32 -
Nə İstanbulda, nə də Ankarada AKP və CHP namizədinin heç biri 50 faiz səs toplamaq həddinə çata bilmir. Vəziyyət çox kritikdir...
- 23:00 -
Türkiyə üzrə qutuların 75 faizinin açıldığı halda bütün ölkədə AKP-nin “Cümhur İttifaqı” 17, CHP-nin “Millət ittifaqı” 10 böyük şəhər bələdiyyə başqanlığını qazanıb. AKP-nin əsas müttəfiqi MHP hələlik bir ədəd də olsa böyük şəhər bələdiyyə başqanlığını qazanmayıb. Çox pis nəticədir. Bəzi müşahidəçilər seçkidən sonra AKP-MHP ittifaqının bir az sarsıla biləcəyini deyirlər..
- 23:05 -
Ankara şəhər bələdiyyə başqanlığına iddialılar üzrə CHP namizədi AKP namizədini üstələyərək 50 faiz səs qazanma həddini aşdı.. İstanbulda da AKP namizədi Binəli Yıldırım 50 faizlik həddi keçə bilmir. Vəziyyət kritikdir...
- 23:22 -
İstanbulda qutuların 93 faizi artıq sayılıb. Lakin AKP namizədi Binəli Yıldırım 50 faiz səs həddinə hələ çata bilməyib. Vəziyyət getdikcə kritikləşir. Ərdoğan İstanbulda artıq baş qərargahda çıxış etdi və dedi ki, bizim qazandığımız yeni və itirdiyimiz bələdiyyə başqanlıqları var və bunlar millətimizin iradəsidir.
- 23:26 -
İstanbulda CHP namizədi Əkrəm İmamoğlu sürətlə AKP namizədinə yaxınlaşır. Fərq 1 faizdən də aşağı düşüb.
- 23:40 -
MHP cəmi 1 böyük şəhər bələdiyyə başqanlığını qazanıb. Rüsvayçı bir nəticə sayılır. Halbuki kürdlərin partiyası HDP 3 böyük şəhər bələdiyyəsini qazanır.
- 00:05 -
Ankara və İzmir bələdiyyələrini CHP namizədləri qazandı. İstanbulda isə AKP-nin vəziyyəti getdikcə ağırlaşır. CHP namizədi Əkrəm İmamoğlu az qalır Binəli Yıldırımı ötsün.
- 00-13 -
İstanbulda vəziyyət həyəcanlıdır. Binəli Yıldırım 50 faiz səs qazanma həddinə çatmaq şansını itirmiş kimi görünür. Arada cəmi 0.16 faiz səs fərqi var. Fərq getdikcə azalır.
- 00:16 -
İstanbulda fərq 0.12- yə düşdü. Binəli Yıldırımın hətta məğlub ola biləcəyini deyənlər var.
- 00:25 -
İstanbulda fərq cəmi 0.06 faizə düşdü. Yəni cəmi 6 səslə Binəli Yıldırım irəlidədir.
- 01:00 -
Kamal Kılıcdaroğlu mətbuat konfransı keçirdi və İstanbulda Əkrəm İmamoğlunun qalib gəldiyini dedi. Bildirdi ki, səslər yenidən sayılacaq.
- 02:40 -
Prezident Rəcəb Tayyib Ərdoğan, AKP-nin baş ofisində məşhur balkon çıxışında hakim partiyanın 778 bələdiyyə sədrliyini qazandığını dedi. Ərdoğan ölkədəki bələdiyyələrin 56 faizinin AKP tərəfindən idarə ediləcəyini bildirdi.